YAP-ın siyahısı: Hakim partiya cəmiyyətə mesaj verdi - ŞƏRH
Fidan Həmişəyeva
13:03 28.12.2019
Siyasət
957
“YAP potensialına görə bütün siyasi partiyalar və təşkilatlardan çox üstündür”. Bu fikirləri Sherg.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib. Analitik qeyd edib ki, 750-minə yaxın üzvün olması, ölkə prezidentin bu partiyaya rəhbərlik etməsi, parlamentin tərkibinin də əsasən bu partiyadan təşkil edilməsi YAP-ın üstünlüyüdür:
“Ona görə də digər siyasi qüvvələr məhz bu partiyanın siyahısının meydana çıxmasını gözləməkdə idilər. Yəni, faktiki olaraq digər partiyalar gözləyirdi ki, YAP- öz namizədlərini necə və hansı ərazilər üzrə müəyyənləşdirəcək. Artıq siyahı hazırdı və təbii ki, keçmiş deputatların bir qismi orada yer alıb. Yerdə qalanlar isə yeni adlardır. Bu adlar arasında bizim tandığımız və bildiyimiz, deputat olmasını arzu etdiyimiz insanlar var. Eyni zamanda heç kimin tanımadığı adlar da siyahıda yer alır. Bütün bunlar bizi narahat etmir, əksinə düşünürük ki, YAP öz siyahısını yeniləməklə cəmiyyətə mesaj vermiş olur. Digər tərəfdən ölkədə aparılan islahatlar işığında bu cür davranılması yerinə düşür. Mən də deputatlığa namizədlikdə iddialıyam, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Mənim üçün də maraqlı idi ki, YAP kimlərin namizədliyini irəli sürəcək. Hazırda deputat olan Eldəniz Səlimovun adı siyahıda yer alıb. Amma gözləmədim ki, YAP namizədlərini müəyyənləşdirsin və sonra namizədliyimi irəli sürüm. Siyahı çıxana qədər namizədliyimi irəli sürmüşdüm və rəsmi bildirişimi də vermişdim. Yəni demək istədiyim odur ki, sağlam bir ortamda istənilən siyasi qüvvənin təmsilçisi ilə yarışmaq qürurvericidir. İstərdim ki, siyasi gücünə inananlar bu cür mübarizədən çəkinməsinlər”.
A.Həsrət bildirib ki, YAP siyasi mübarizədən qorxmur və çəkinmir. Ona görə də əsasən partiyanın içindəki üzvlərin maraqlarını, mənafelərini, fikirlərini nəzərə alaraq gəncləşdirmə siyasəti yürüdüb, islahatlara dəstək anlamında yeni bir simalardan ibarət siyahı təqdim edilib:
“Hər halda bu siyahının ölkənin həyatında tale yüklü əhəmiyyəti var. Əlbəttə ki, millətimizə və dövlətimizə xeyirli olmasını diləyirik. Digər siyasi qüvvələrə isə tövsiyəm odur ki, namizdələrini müəyyənləşdirərkən hansısa partiyanın namizədlərinin haradan irəli sürülməsini gözləməsinlər. Özünə güvənən siyasi qüvvələr bunu etməli deyil”.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya