YAP Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib
YAP Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib
Yusif Sultanoğlu
11:27 20.01.2024
Siyasət
504
Yanvarın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib.
Iclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.
2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 15-də seçkiqabağı təşviqat mərhələsinə start verildiyi diqqətə çatdırılıb. Seçkilərə “Qalib xalqın Qalib Lideri!” şüarı ilə gedən YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyasının uğurla və mütəşəkkil qaydada davam etdirildiyi vurğulanıb.
Qeyd edilib ki, kampaniya çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə seçki qanunvericiliyinə uyğun olaraq silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri çoxsaylı tədbirlərlə yanaşı, seçicilərlə, xüsusilə də şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlər keçirirlər.
İclasda seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti də müzakirə olunub, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilib. Eyni zamanda, qarşıda duran əsas hərəkət və tədbirlərin müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm