Zaxarova Paşinyana: Rusiya olmasaydı, İrəvan üçün daha dramatik ssenari baş verərdi - YENİLƏNİB
15:06 26.10.2023
Siyasət
571
“Qərb kütləvi informasiya vasitələrinin rəsmi İrəvanın nümayəndələrindən güclə təxribatçı suallara cavab alırlar. Bilirik ki, bu sualların məqsədi Moskva və İrəvan arasında çoxplanlı əlaqələrə zərər vurmaqdır”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın “WSJ”ya müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Təəssüflər olsun ki, hazırk Ermənistan reallığında bu cür təhriklər işləyir. Bizdən də tez-tez soruşurlar, təxribatçı suallar verirlər. Lakin biz “bütün mövcud məsələləri Ermənistanla ikitərəfli kanallar vasitəsi ilə həll edirik” deyə cavab verməyə üstünlük veririk”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova qeyd edib ki, məlum müsahibədə Ermənistanın Rusiya ilə əlaqələrinin əhəmiyyətinin rolunun azaldılmasına cəhd edilib:
“Müsahibədə Ermənistanın və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında hərbçilərimizin, sərhədçilərimizin rolunu azaldılır, KTMT-nin və sülhməramlıların effektivliyindən təəssüfləndikləri ifadə olunur. Gəlin, faktları xatırlayaq. Faktlar ki, var. Ermənistan iqtisadiyyatının sürətli artımı, 2022-ci ildə 12,6 faiz artım olub, əhalinin rifah halının yüksəlməsi Rusiya ilə sıx ticarət iqtisadi əlaqələr, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü sayəsində mümkün olub. Ermənistan Aİİ ölkələrinə ixracının həcmi 2022-ci ildə 1,6 milyard dollar artıb, hansı ki, bu 2021-ci illin göstəricisindən üç dəfə çoxdur. Rusiya Ermənistan iqtisadiyyatının əsas investorudur. Rusiya demək olar ki, ölkədə xarici sərmayənin yarısını təmsil edir. Ermənistanda 4,5 mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir, hansılar ki, respublikanın ən böyük vergiödəyicilərinin və işəgötürənlərinin sırasında daxildir. 90-cı illərdən başlayaraq Ermənistanda Rusiyanın hərbi mövcudluğu və sərhədçilərimizin orda olması respublika üçün Cənubi Qafqazda sadə olmayan vəziyyət və Ermənistanın öz qonşuları ilə nizamlanmayan münasibətləri nəzərə alınaraq tələb olunub. Ermənistandakı Rusiya hərbi bazası erməni həmkarları ilə döyüş hazırlığının yüksəldilməsi üçün müntəzəm təlim tədbirləri həyata keçirir. Sərhədçilərimiz Ermənistan-Türkiyə sərhədindən qanunsuz keçidin qarşısını alır. Ermənistan-İran sərhədində qaçaqmalçılığın qarşısını alır. 2020-ci ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində monitorinq həyata keçirir. Bütün tədbirlər Ermənistan tərəfi ilə birlikdə respublikanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilir.
O ki qaldı Qarabağdakı Rusiya sülhməramlılarına, əgər onlar olmasaydı, 2020-ci ilin payızında regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari ilə inkişaf edərdi, xüsusi ilə də Ermənistan rəhbərliyinin ictimai şəkildə Qarabağın Azərbaycana məxsusluğunu etiraf etməsindən sonra...
O ki qaldı rəsmi İrəvanın KTMT-nin effektivliyi ilə bağlı iradlarına, bu təşkilatın effektivliyi 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələr zamanı inandırıcı şəkildə nümayiş olunub. Əgər Ermənistan rəhbərliyi KTMT missiyasının respublika ərazisində yerləşdirilməsinə razılıq versəydi, bir çox problemlərdən yayınmaq olardı. Lakin bunun əvəzinə Ermənistan rəhbərliyi Avropa İttifaqının missiyasını dəvət etməyə üstünlük verdi, hansı ki, monitorinq görüntüsü altında həmin missiya əslində Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır və istisnasız olaraq Brüsselə hesab verir”, deyə Zaxarova vurğulayıb.
Rusiya XİN sözçüsü Aİ missiyasının heç bir konkret müsbət nəticəsinin olmadığını da söyləyib.
17:34
***
Biz Qərb kütləvi İnformasiya vasitələri rəsmi İrəvanın nümayəndələrindən güclə təxribatçı suallara cavab alırlar. Bilirik ki, bu sualların məqsədi Moskva və İrəvan arasında çoxplanlı əlaqələrə zərər vurmaqdır”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-ın “WSJ”-ya müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Təəssüflər olsun ki, hazırki Ermənistan reallığında bu cür təhriklər işləyir. Bizdən də tez-tez soruşurlar, təxribatçı suallar verirlər. Lakin biz “bütün mövcud məsələləri Ermənistanla ikitərəfli kanallar vasitəsi ilə həll edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə