
Zelenskinin Vaşinqton görüşündə konkret mövqe müəyyənləşib - GÜNDƏM
03:57 20.08.2025
Siyasət
349
Ukraynaya NATO-dan kənar təhlükəsizlik qarantiyası veriləcək
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna rəhbəri Volodimir Zelenski və Avropa liderlərinin görüşü keçirilib. Görüşə NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubb qatılıb.
Tərəflər müxtəlif formatlarda müzakirələri davam etdiriblər. Bundan əvvəl Trampla Zelenski arasında ikitərəfli görüş baş tutub. Tramp və Zelenski arasında Oval kabinetdə keçirilən görüş əvvəlki, gərgin fevral görüşündən fərqli olaraq daha sakit və dostyana atmosferdə keçib. Fevral ayında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens tərəfindən "nankor" adlandırılan Zelenski bu dəfə çıxışına dörd dəfə "təşəkkür edirəm" deməklə başlayıb: "Bu fürsəti yaratdığınız üçün sizə və xanımınıza çox təşəkkür edirəm". Zelenski bu dəfə hərbi geyimdə yox, kostyumda olub. Bu, fevralda Trampın hərbi forma ilə bağlı narazılığına cavab kimi qiymətləndirilir və görüşdə yüngül zarafatlara da səbəb olub. Bu dəfə Trampın nümayəndə heyəti - vitse-prezident Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiven Uitkoff görüş zamanı səssiz qalıb. ABŞ Prezidenti Donald Tramp deyib ki, insanlar öldürülür və biz bunu dayandırmaq istəyirik: "Bu, mənim deyil, Baydenin müharibəsidir. Baş verənlərlə ən çox əlaqəsi olan odur və biz bunun sona çatmasını istəyirik. Ukrayna xalqı inanılmaz dərəcədə əziyyət çəkdi".

Politoloq Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, Avropa liderləri və ABŞ prezidenti ilk dəfə Ukrayna rəhbəri V.Zelenski ilə birgə görüş keçirdilər və görüşdə tərəflər konkret mövqelərini ortaya qoydular. Ekspertə görə, bu məqam çox önəmli idi:
"Nəzərə alaq ki, Rusiya və Ukrayna müharibəsində baxışlar ziddiyyətlidir. Avropa Rusiyanın daha çox sıxışdırılmasını, sanksiyaların sərtləşdirilməsini istəyir. ABŞ isə bir qədər loyal yanaşır və Rusiya ilə dialoqa üstünlük verilməsinin tərəfdarıdır. O baxımdan Vaşinqtonda baş tutan görüş kifayət qədər mühüm hadisə sayılmalıdır. Təbii ki, düzgün paralel siyasət aparılarsa, nəticələr olar. Yəni Rusiyaya təzyiqi davam etdirməklə, Ukraynaya yardımları artırmaqla prosesi yekunlaşdırmaq mümkün olsun. Rusiyanı arxayınlaşdırmaq, rahatlatmaq olmaz. Əgər Moskvaya təzyiqlər edilməzsə, Rusiyanı danışıqlara məcbur etmək çətin olacaq".
Ə.Orucluya görə, Tramp bugünədək Ukraynaya təhlükəsizlik zəmanəti verməyə tərəddüd edirdi:
"Bu zəmanəti Avropa İttifaqının üzərinə qoyurdu. O baxımdan budəfəki görüşdə D.Trampın Ukraynaya zəmanət verməsi əhəmiyyətli məqamdır. Sadəcə, Avropa ölkələrinin zəmanəti yetərsiz olacaqdı. Avropa öz təhlükəsizliyini hələ yeni-yeni düşünməyə başlayıb. Ancaq burada əsas məsələ ABŞ-nin nəyin müqabilində Kiyevə təhlükəsizlik zəmanəti sözü verməsi ilə bağlıdır. Ukraynadan çox ciddi güzəştlər tələb olunur, ərazi güzəştlərinə gedilməsi istənilir. Bu, həssas məsələdir. Kim qarantiya verir ki, bu güzəştlərdən sonra Rusiyanın ambisiyaları davamlı olmayacaq. Bütün bunların hamısı detallı aydınlaşdırılmalı və çözülməlidir. ABŞ Ukraynanın NATO-ya üzvlük məsələsinin qəti əleyhinədir. Ukraynaya NATO-dan kənar təhlükəsizlik qarantiyası veriləcək. Amma bu, uzunmüddətli və etibarlı zəmanət olmalıdır. Almaniya tərəfinin mövqeyi haqlıdır. Atəşkəs olmadan danışıqların uğurla aparılması müsbət nəticə verməyə bilər. İlk növbədə etimad mühiti yaradılmalıdır. Rusiyanın ardıcıl hücumları fonunda danışıqların istənilən nəticəni verəcəyini düşünmək çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya