Zəngəzur dəhlizi Gürcüstan marşrutunun əhəmiyyətini azaltmayacaq - Politoloq
12:59 11.08.2025
Siyasət
291
Sadəcə olaraq, bölgədə yeni bir alternativ yaranacaq və hər iki marşrutdan istifadə ediləcək
"Zəngəzur dəhlizinin, yəni “Tramp marşrutu”nun açılması, regionda Gürcüstan marşrutuna və Gürcüstan tranzitinə alternativin yaranması deməkdir. İndiyə qədər “dalan ölkəsi” olan Ermənistan, bu dəhliz istifadəyə verildikdən sonra əlavə bir alternativ tranzit mərkəzi kimi fəaliyyət göstərməyə başlayacaq. Lakin mən düşünmürəm ki, Gürcüstan tranziti tamamilə sıradan çıxacaq".
Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Asif Nərimanlı söyləyib. O bildirib ki, Gürcüstanın tranzit infrastrukturu kifayət qədər genişdir:
"Məsələn, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi həm nəqliyyat, həm də enerji marşrutları Gürcüstanda mövcuddur. Həmin infrastruktur 1990-cı illərdən etibarən formalaşdırılıb. Bu qədər böyük infrastrukturu birdən-birə kənara atmaq mümkün deyil.
İkincisi, Zəngəzur dəhlizinin məqsədi Gürcüstan tranzitinə qarşı çıxmaq deyil, sadəcə alternativ marşrut təmin etməkdir. Beynəlxalq daşımalar təcrübəsində yalnız bir tranzit yolundan asılı qalmaq riskli hesab olunur. Ona görə də həmişə alternativ marşrutlar dəyərləndirilir.
Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Ermənistanın da tranzit imkanlarının genişlənməsi və Cənubi Qafqazda Azərbaycanın nəzarətində olan xətlərə əlavə bir istiqamətin qoşulması deməkdir. Yəni mən düşünmürəm ki, Gürcüstan marşrutu tamamilə əhəmiyyətini itirəcək. Sadəcə olaraq, bölgədə yeni bir alternativ yaranacaq və hər iki marşrutdan istifadə ediləcək".
Analitik əlavə edib ki, Gürcüstanda səslənən fikirlər, xüsusilə Mixail Saakaşvili tərəfindən deyilənlər, daha çox müxalifətin hakimiyyətə qarşı təbliğat xarakterli bəyanatlarıdır:
"Burada əsas məqsəd Gürcüstan hakimiyyətinin siyasətini tənqid etməkdir. Ümumiyyətlə, Gürcüstanın tranzit imkanları həm neft, həm qaz, həm də nəqliyyat marşrutları, mövcud infrastrukturla birlikdə aktual olaraq qalacaq. Bu marşrutlardan gələcəkdə də istifadə ediləcək, sadəcə, Zəngəzur dəhlizi əlavə imkan yaradacaq. Əksinə, əgər Azərbaycan–Ermənistan razılaşması bölgəyə sabitlik gətirsə, bundan sonra Cənubi Qafqazda Gürcüstan–Azərbaycan–Ermənistan formatında üçtərəfli əməkdaşlığın daha da inkişaf etməsi mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya