
Məğlubiyyətin akkordları: Fransanın uğursuz siyasət xətti
13:30 27.12.2023
Siyasət
648
“Ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl etmək beynəlxalq münasibətlər sistemində hazırda ən çox tələb olunan məsələlərdəndir. Amma müşahidə edirik ki, siyasi tənəzzülər, "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyasına zidd davranış hətta peşəkar diplomatik xidmətin ilk yarandığı ölkələrdə də baş verir. Bu cür ölkələrdən ən birinci elə Fransadır. Amma diplomatik bir dövlətdə bu cür siyasətin yürüdülməsi qətiyyən yolverilməzdir. Bu da Fransanın xarici siyasət konsepsiyasında ölkələrarası münasibətlər mədəniyyətini maraqlara qurban edilməsi deməkdir. İstənilən halda hər bir ölkənin bu cür davranışı ona müəyyən iqtisadi və siyasi dividendlər qazandırsa da, diplomatik effektivliyini də azaldır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi-şərhçi Elmir Səftərov deyib.
Analitik bilidirib ki, Fransa Qərbi Avropanın ən böyük ölkəsi kimi əsrlər boyu beynəlxalq siyasətdə hegemon dövlətlərdən biri olsa da, son illərdə yürütdüyü siyasət Parisin diplomatiyasının nüfuzunun itirilməsi ilə nəticələnməkdədir:
“Biz bunu Emmanuel Makaronun islahatlarının Fransanın xarici siyasətində, əsasən də keçmiş müstəmləkələri olan Afrika ölənləri ilə münasibətlərindəki ciddi uğursuzluqlarında gorməkdəyik. Çünki İkinci Dünya müharibəsindən sonra müstəqillik uğrunda mübarizə aparan ölkələr Fransaya problem yaratmağa başladılar. 150 ildən çoxdur Qərbi Afrikada müstəmləkəçilik siyasəti yürüdən Fransa artıq Mali, Niger və Burnika-Fasoda hərbçilərini çəkməyə məcbur olub. Bu isə aydın şəkildə məğlubiyyətin ilk addımlarından idi. Bu baxımdan Fransa nəinki Afrikada elə Cənubi Qafqazda da güclü təzyiqlə qarşılaşdı və məğlubiyyətin ilk akkordlarını duydu. Fransanın erməni yönümlü siyasətinin son illərdə açıq formada təzahürü ilə paralel olaraq, Parisin ölkəmizə edilən bütün təzyiqlərinə baxmayaraq, Azərbaycan Vətən müharibəsində Ermənistanı acı məğlubiyyətə uğradaraq Qarabağda suverenliyini təmin etdi”.

E. Səftərov İkinci Qarabağ müharibəsindən sonra Emmanuel Makaronun rəhbərliyi ilə Fransanın ənənəvi ermənipərəst mövqeyinin və onun vasitəçilik missiyasının iflasa uğratdını qeyd edib:
“Eyni zamanda, rəsmi Parisin Cənubi Qafqazda möhkəmlənməsi cəhdi ölkəmizin uğurlu səyləri ilə baş tutmadı.
Bütün bunlar isə Fransada yaranan siyasi xofun, əsəbin və məğlubiyyətlərin qisasını Azərbaycandan almaq səylərini artırırdı.
Beləliklə, Fransa müxtəlif vasitələrlə ölkəmizin siyasi iradəsinə təsir etmək üçün bütün yolları sınasa da, uğursuzluqlara düçar oldu. Bildiyimiz kimi, dekabrın 26-da Fransanın ölkəmizdəki səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunub. Azərbaycanın xüsusi xidmət orqanlarının bu məsələdə peşəkarlığı Fransanın əsl simasının bütün dünyaya göstərilməsində böyük rol oynadı. Bu, Fransanın Azərbaycana qarşı uğursuz xarici həmlələrinin nəticə verməməsi ilə sonlandı. Geosiyasi reallıqlar onu göstərdi ki, Fransa müasir dövrün tələblərinə uyğun davranmadığı üçün siyasət burulğanında ilişir. Fransanın və Ermənistanın siyasət xətlərinin əsas oxşarlıqlarından biri də diplomatik ikiüzlülükləri və boş inadkarlıqlarıdır. Bu səbəbdən də Fransanın dövlət siyasətinin Azərbaycana qarşı müsbət yöndə dəyişməsi Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra ola bilər. Amma iqtisadi məsələləri nəzərə alaraq, Parisin müəyyən normallaşmaya cəhət edəcəyini ehtimal etmək olar. Lakin Fransa adminstrasiyasının ölkəmizə qarşı sabit siyasət xətti seçməsi mövcud vəziyyətdə real görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə