Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş olub
16:10 05.07.2024
Media
870
İyulun 5-də Medianın İnkişafı Agentliyində (MEDİA) 2024-cü ilin ikinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub.
MEDİA-dan Sherg.az-a verilən məlumata görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov görüşdə qeyd edib ki, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsinin əsas məqsədi onların iqtisadi müstəqilliyini gücləndirmək, fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, keyfiyyətli məzmun yaradılmasını təmin etmək, həmçinin cəmiyyət üçün vacib olan mövzularda maarifləndirmənin həyata keçirilməsində onlayn media subyektlərinin potensialını dəyərləndirməkdir.
Vurğulanıb ki, veb-saytların infrastrukturunun gücləndirilməsi və təhlükəsizliyinin təmin olunması istiqamətində işlər davam etdirilməlidir.
Onlayn media subyektlərinin rəhbərləri tərəfindən qeyd edilib ki, maliyyə yardımının göstərilməsi sayəsində son dövrdə veb-saytlara dair texniki məsələlərin əhəmiyyətli bir hissəsi həll olunub, bəziləri tamamilə fərqli formatda yenidən təqdim olunub, həmçinin jurnalistlərin əmək münasibətləri daha da nizama salınıb.
Görüşdə bəhs olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb, media subyektlərinin rəhbərlərinin təklifləri dinlənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
13:37 18.11.2026
Gündəm
İraq Baş naziri SEPAH-a xəbərdarlıq etdi
13:30 18.11.2026
Aktual
Trampın Çinə səfəri başlayıb
13:22 18.11.2026
Dünya
Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq
13:15 18.11.2026
Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb
12:54 18.11.2026
Ekologiya
DYP Samuxda baş verən qəza ilə bağlı məlumat yaydı
12:47 18.11.2026
Hadisə
Hikmət Babaoğludan Zahid Oruca irad: Bu, doğru deyil
12:40 18.11.2026
Cəmiyyət
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
12:33 18.11.2026
Siyasət
Dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
12:29 18.11.2026
Sağlamlıq
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
12:22 18.11.2026
Gündəm
Kilolu adamlarla bağlı ən son araşdırma - Az yaşayırlar
12:14 18.11.2026
Sağlamlıq
Hesablama Palatasının xərclərinə ayrılan vəsait artırılıb
12:12 18.11.2026
İqtisadiyyat
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
12:04 18.11.2026
İqtisadiyyat
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:53 18.11.2026
İqtisadiyyat