İraq Baş naziri SEPAH-a xəbərdarlıq etdi

İraq Baş naziri Əli əl-Zeydi Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı general İsmayıl Qəni ilə görüşdə “Kətaib Hizbullah” qruplaşmasının Bağdadın cənub-qərbində yerləşən Curf əl-Səxr bölgəsindən çıxmasını tələb edərək, əks halda təhlükəsizlik qüvvələrinin müdaxilə edəcəyi barədə xəbərdarlıq edib.

Teleqrafb xəbər verir ki, bu barədə İraq rəsmilərinə istinadla “Rudaw” məlumat yayıb.

Qəni görüş zamanı yaranmış fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməsini və silahlı toqquşmanın qarşısının alınmasını istəyib. Amma İraq Baş naziri mövqeyindən geri çəkilməyərək, qruplaşmanın bölgəni ya danışıqlar yolu ilə, ya da güc tətbiq edilməklə tərk etməli olduğunu bildirib.

G0örüş təxminən 2 saat davam edib. Görüşdən sonra İsmayıl Qəni İraqı narazı şəkildə tərk edib.

Curf əl-Səxr ətrafında fikir ayrılıqları “Kətaib Hizbullah”ın neft qaçaqmalçılığında iştirakına dair kəşfiyyat hesabatının yayılmasından sonra daha da kəskinləşib. Qruplaşma bu ittihamları rədd edərək, İraq hökumətini onu tərksilah etməyə çalışmaqda ittiham edib.