
Bəzi bank rəhbərləri özlərinə kredit verərək problemli kredit kimi silirlər -ŞOK İDDİA
12:30 22.08.2024
Cəmiyyət
1422
Bu il avqust ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2 milyon manat artaraq 453.7 milyon manata yüksəlib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 3.6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.3% azalıb.
Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil edib.
Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, böyük ehtimal ilə 8% azalma həqiqəti əks etdirir:

“Sadəcə olaraq banklar problemli krediti həll ediblərmi, yoxsa, ümidsiz kredit kimi onları siliblərmi sualı hələ də qalmaqdadır. Məsələn, deyirlər ki, ilin əvvəlində 10 min xəstə var idi, ilin sonunda isə deyirlər 50 faiz azalma var. Yəni xəstə sayı 5 mindir. Sual yaranır ki, onlar ölüb yoxsa sağaldıblar? Əgər ölüblərsə pis, sağalıblarsa, yaxşıdır. Burada da məsələ belədir. Problemli kredit qaytarılıbsa, banklar üçün yaxşıdır. Lakin əl çəkib, ümidsiz kredit kimi yanaşıblarsa bank sistemi üçün artıq pisdir. Reallıqda isə bir hissəsi silinib, bir hissəsi isə qaytarılıb. Ümumiyyətlə problemli kreditlərin əksər hissəsi qayıtmır, sadəcə silinir. Hətta bəzi bank rəhbərləri özlərinə kredit verərək problemli kredit kimi silirlər. Bəziləri isə doğurdanda həmin krediti qaytara bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya