Azərbaycanın ana müxalifət partiyası da müəyyənləşib
01:33 03.09.2024
Siyasət
459
İkinci yerdə 3 deputatla Vətəndaş Həmrəyliyi Partiyası qərarlaşıb
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Milli Məclisdə yer alacaq partiyaların sayı məlum olub. Parlamentdə ən çox yerə 68 mandatla YAP sahib çıxıb. Azərbaycanın ana müxalifət partiyası da müəyyənləşib. İkinci yerdə 3 deputatla Vətəndaş Həmrəyliyi Partiyası dayanır. Ədalət, Hüquq, Demokratiya Partiyası 2, Böyük Quruluş Partiyası, REAL, Milli Cəbhə Partiyası, Bütöv Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ana Vətən Partiyası Demokratik İslahatlar Partiyası isə hərəsi 1 nəfərlə parlamentdə təmsil olunacaq. 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəliblər. Beləliklə, Milli Məclisdə “ana müxalifət” partiyası yenə də VHP olacaq. Məlumat üçün bildirək ki, parlamentdə VHP-ni təmsil edəcək deputatlar sabiq millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Fəzail İbrahimli və Rəfael Hüseynovdur. Vətəndaş Həmrəyliyi Partiyasının seçki ilə bağlı bəyanatında vurğulanıb ki, VHP Azərbaycan parlamentarizmi tarixində bütün seçkilərində iştirak edib və hər bir seçkidə uğura nail olub. Qeyd olunub ki, seçkidən seçkiyə öz təcrübəsini daha da artıran partiya VII çağırış Mili Məclisə seçkilərdə də aktivliyi ilə fərqlənib: "VHP-nin seçkilərə qatılan 17 namizədi demokratik seçki mühiti, təşviqat üçün yaradılmış münbit şərait mühitində rahat və sərbəst təbliğatını aparıb. Namizədlər təkcə MSK tərəfindən onlar üçün ayrılmış qapalı və açıq məkanlarda deyil, hər bir yaşayış məntəqəsində, kəndlərdə, qəsəbələrdə, məhəllələrdə maneəsiz təbliğat-təşviqat işi aparıblar, nəticədə böyük uğur qazanıblar. Bu müddət ərzində partiya rəhbərliyi, namizədlər beynəlxalq seçki müşahidə missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşüblər. Onlarla seçki mühitini müzakirə edib, namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırıblar. Seçkini canlı izləyən müşahidəçilərimizin rəyləri, həm də partiyanın qərargahından yüzlərlə seçki məntəqəsində quraşdırılan kameraların izlənilməsi onu deməyə əsas verir ki, VII çağırış Milli Məclisə seçkilər təhlükəsiz, demokratik və şəffaf keçirilib. Partiyamızın 17 namizədindən 3-ü qalib gələrək seçki marafonunu uğurla başa vurub. Seçki prosesində namizədlərimizə qarşı digər namizəd və nümayəndələrinin baş verən hansısa təxribat cəhdləri olsa da, müşahidəçilərimiz və səlahiyyətli nümayəndələrimiz tərəfindən seçkini pozmaq cəhdlərinin qarşısı alınıb. Ümumən, əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılıb, onların seçiminə təsir göstərilməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual