
Onlayn borc silmə xidmətlərini təklif edənlər şəxsi məlumatlarınızı ələ keçirir -XƏBƏRDARLIQ
13:28 12.12.2024
Cəmiyyət
733
Sosial şəbəkələrdə müxtəlif onlayn bank sistemlərinə borcu olan şəxslərin müəyyən məbləğ qarşılığında borcun silinməsi ilə bağlı bir sıra profillər açılıb.
Xidmət dəyəri, kreditin məbləğindən və təcrübəyə görə dəyişir.
Kredit vəsaiti göndərən müştəriyə xidmətin həqiqiliyini sübut edən sənədlər də göndərilir. Bu sənədlər polisə təqdim olunarsa, dövlət sistemindən borcun silinməsini təsdiqləyəcəklərinə dair mesajlar göndərilir. Maraqlıdır bu nə dərəcədə həqiqəti əks etdirir?
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, bu cür təkliflər və profillərdən birmənalı olaraq uzaqda qalmaq və ünsiyyətə heç bir halda keçməmək tövsiyyə olunur:

“Çünki sosial şəbəkələrdə yayılan bu cür elanlar çox vaxt dələduzluq məqsədi güdür. Onlayn borc silmə xidmətlərini təklif edən şəxslər, əksər hallarda, müştərilərin şəxsi məlumatlarını ələ keçirərək onları aldada bilərlər. Hüquqi olaraq, kreditin və borcun silinməsi üçün, yalnız bank və ya digər maliyyə qurumları tərəfindən müəyyən edilmiş prosedurlar mövcuddur. Bu prosesə daxili qanunlar, ödəmə müddətinin bitməsi, borcun təxirə salınması və ya kreditin bağlanması kimi mexanizmlər daxil ola bilər. Yazılan təkliflərə çox diqqətlə yanaşmaq lazımdır. Əksər hallarda, belə təkliflər dələduzluq və aldatma məqsədi güdür. Bu cür təkliflər çox vaxt borcun silinməsi təklifi ilə əlaqədar əvvəlcədən ödəniş tələb edir və gözdən itir. Eyni zamanda bu cür təkliflərlə şəxsi məlumatları ələ keçirmək istəyən şəxs və ya quruplar mövcud ola bilər. Əgər borc məsələsini normal və qanunu yolla həll etmək istəyirsinizsə, ən yaxşı yol bankla birbaşa əlaqə saxlamaq, onların təklif etdiyi rəsmi yollara müraciət etməkdir. Digər yollara müraciət edilməməlidir. Bu onsuz da mümkün deyil. Sadəcə yalandır. Banklarda boşluq olma ehtimalı isə minimumdur. Əgər birisinin qapısında təsadüfən kilid yoxdusa, bu həmin adamin evinə girmək iczəsi vermir. Hüquqi məsuliyyəti vardır. Heç bir halda aldanmamamlıyıq. Belə xidmətləri təklif edən şəxslərin fəaliyyətini araşdırmaq lazımdır. Bu tipli təklif edilən xidmətlərin əksəriyyəti qanunsuz və ya zərərli ola bilər”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov isə bildirib ki, borcun ödənməsi yalnız qanuni yollarla mümkündür:
“Hər hansı borcun tam və ya qismən bağlanması yalnız rəsmi müqavilələr və bank razılaşması ilə həyata keçirilə bilər. Belə xidmətləri təklif edən şəxslərin çoxu qeyri-qanuni yollarla fəaliyyət göstərir. Onların məqsədi şəxsi məlumatları oğurlamaq və maliyyə dələduzluğu etməkdir. Borcunuzu siləcəklərini iddia edərək, şəxsiyyət vəsiqəsi, bank hesabı və digər həssas məlumatlar tələb edə bilərlər. Bir çox hallarda əvvəlcədən "xidmət haqqı" istəyirlər və borcunuzu "siləcəklərini" iddia etsələr də, ödənişdən sonra yoxa çıxırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol