Birinci Qarabağ müharibəsində şəhid olan Ədalət Abbasovun qalıqları Gəncədə dəfn olunub
Birinci Qarabağ müharibəsində şəhid olan Ədalət Abbasovun qalıqları Gəncədə dəfn olunub
09:23 06.06.2024
Sosial
271
Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Abbasov Ədalət Vilayət oğlunun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.
APA-nən qərb bürosu xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq kəndində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub.
Vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri iştirak ediblər.
Daha sonra şəhidin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Abbasov Ədalət Vilayət oğlu 25 may 1970-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 15 noyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən itkin düşüb.
Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir -TƏHLİL
19:44 23.03.2026
Dünya
İran İsrailin Tel Nof hava bazasına zərbə endirib
19:30 23.03.2026
Dünya
Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton
19:21 23.03.2026
Dünya
Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar
19:12 23.03.2026
Dünya
ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var -Tramp
19:03 23.03.2026
Dünya
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya