Deputatlar məsələ qaldırdı: Yalançı elanlar çoxalıb
Yusif Sultanoğlu
12:17 18.05.2024
Sosial
565
Şirnikləndirici iş adı ilə adamları xaricə aparıb insan alveri qurbanlarına çevirirlər
"4 mindən çox itkinimizin ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən məcburi əməyə cəlb edilməsinə dair çoxsaylı məlumatlar var idi, amma biz qlobal miqyasda buna reaksiya görə bilmədik".
Bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deyib.
Parlament üzvü bildirib ki, DİN qanunvericiliklə üzərinə qoyulan digər vəzifələr kimi insan alveri ilə də mübarizədə kifayət qədər uğurlu nümunə ortaya qoyub:
“Lakin insan alveri qlobal təhdiddir və bir dövlətin daxili məsələsi deyil və olmamalıdır da. Azərbaycan öz üzərinə düşəni edir və qeyd etdiyimiz kimi səmərəli bir nümunə var. Təəssüf ki, bu sferada mövcud olan beynəlxalq təsisatlar əslində fəaliyyətlərində, yaydıqları hesabatlarda səmimi deyil. İnsan hüquqlarının təmini üzrə digər aspektlərdə olduğu kimi insan alveri ilə mübarizə də təəssüf ki, siyasiləşib. Eyni zamanda iri dövlətlər bu mövzunu təzyiq aləti kimi sui-istifadəyə məruz qoymaqdadırlar. Ona görə də açığı, bu sahədə mövcud qlobal mexanizmlər artıq lazımi etimad yarada bilmir. Məsələn, 4 mindən çox itkinimizin ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən məcburi əməyə cəlb edilməsinə dair çoxsaylı məlumatlar var idi, amma biz qlobal miqyasda buna reaksiya görə bilmədik. Bu mənada hesab edirəm ki, elə ən uğurlu normal format Azərbaycan nümunəsidir”.
Millət vəkili Naqif Həmzəyev deyib ki, bəzən sosial şəbəkələrdə elə hadisələr baş verir ki, o qərar verə bilmir, bu cinayətdir, ya yox:
"Valideynlər uşaqları ilə videolar çəkir. Çox təəssüflər olsun ki, əvvəllər rayon, kənd yerlərində uşaqların məcburi əməyə cəlb edilməsi müşahidə edilirdisə, indi bu hal Bakıda artıb. Yeni açılan kofeşoplarda 14-15 yaşlı uşaqlar işləyir. Biz bir tərəfdən problemlərin həllini görürüksə, digər tərəfdən yeni problemlərin bizə doğru gəldiyini müşahidə edirik. İnanıram ki, gələcək illərdə də sosial şəbəkələrdə baş verən bu cinayətlərin qarşısını ala biləcəyik. İstənilən halda cinayətlərin böyük əksəriyyəti sosial şəbəkələrdə baş verir. Biz çalışmalıyıq ki, bu sahədə işləri, tədbirləri gücləndirək. Vətəndaşların şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkədən istifadəsini biz məcburi etməliyik. Əks halda biz bu cinayətlərin qarşısını ala bilməyəcəyik”.
Deputat Azay Quliyev deyib ki, bəzən yalançı iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilmiş olur:
"Yalançı iş elanları çoxalıb. Daha sonra insanlar aldadılaraq şirnikləndirici iş adı ilə xaricə aparılır. Bu məsələdə görüləcək işlər var. Eləcə də mənbənin araşdırılması və aşkarlanmasına ciddi ehtiyac var ki, vətəndaşlarımız bunların qurbanı olmasın".
Millət vəkili Tahir Kərimli bildirib ki, kişi qurbanların sayının artması onu narahat edir:
"Bütün dövlət qurumları, jurnalistlər, eyni zamanda diplomatik orqanlar insan alverinə qarşı mübarizədə diqqətli olmalıdır. Çünki bu kimi hallar bəzən xarici amillərlə əlaqəli ola bilir. Digər tərəfdən, hostellərin sayının artması da bəzən insaq qurbanlarının sayının artmasına səbəb ola bilər. Ona görə də buna qarşı ciddi işlər görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi