
Doğum sırasının uşağın xarakterinə təsiri var? -Psixoloqdan açıqlama
10:21 16.07.2024
Sosial
438
Doğum sırası nəzəriyyəsi uzun müddətdir araşdırılan mövzulardan biridir.
Sfera.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, ilk, ortancıl və kiçik uşaq olaraq həyata gəlmək insan həyatına təsir göstərir.
İlk doğulan uşaq valideynlərinə ata və ana olmağı öyrədir. İlk uşaqla rəftar zamanı valideynlər daha diqqətli olur və fərqli tərbiyə metodlarından istifadə edirlər. Bəzi valideynlər bu səbəbdən ilk uşağın mükəmməlliyə can atdığını bildirirlər. Onlar valideynlərini məmnun etməyə çalışır və etibarlı, vicdanlı olurlar. Həmçinin valideynlər ilk uşaqlarının suallarına daha geniş və əhatəli cavab verdiyi üçün onlar digər uşaqlarından daha savadlı olurlar.
İkinci övlad dünyaya gəldikdə valideynlər zamanlarını və diqqətlərini ikiyə bölməli olurlar. Ortancıl uşaqlar özlərini daha çox kənara atılmış kimi hiss edirlər. Adətən ortancıl uşaqların dostları və tanışları daha çox olur.
Evin kiçik uşaqları daha çox azad ruhda böyüyürlər. Buna səbəb valideynlərin daha təcrübəli olması və onların daha yumşaq tərbiyə metodunu seçmələridir.
Sonuncu uşaqlar adətən daha əyləncəli və aktiv olurlar. Ailənin tək övladı olmağının həm mübət, həm də mənfi cəhətləri var. Valideynlərin bütün diqqəti onların üzərində olduğu üçün onların da gözləntiləri də böyük olur. Bəzən evin tək uşaqları isə ərköyün olurlar.
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, doğum sırası uşağın xarakterinə və davranışlarına müəyyən dərəcədə təsir göstərə bilər:

“Bu mövzuda bir çox araşdırma aparılıbvə bəzi ümumi nəticələr əldə olunub.
İlk Uşaq: Daha məsuliyyətli və liderlik xüsusiyyətləri göstərir. Valideynlərin onlardan daha çox gözləntiləri olduğu üçün, tez-tez rol modeli və nümunə olmaq istəyirlər. Mükəmməlliyyətçi olmağa meyllidirlər və uğur qazanmaq üçün çox çalışırlar. Onlar daha çox qoruyucu və qayğıkeş olurlar, kiçik qardaş və bacılarına qarşı məsuliyyət hiss edirlər.
Ortancıl Uşaq: Adətən yaxşı kommunikasiya bacarıqlarına sahibdirlər və münaqişələri həll etməyi öyrənirlər, çünki onlar həm böyük, həm də kiçik qardaş və bacıları ilə münasibət qurmağa çalışırlar. Onlar daha müstəqil və elastik olurlar, çünki valideynlərin diqqəti daha çox ilk və son uşaqlara yönəlmiş ola bilər. Sosial olaraq daha aktiv ola bilər və dostluqlara böyük əhəmiyyət verirlər.
Son Uşaq: Daha əyləncəli, sərbəst və kreativ olurlar. Onlar daha çox ailənin "sevimlisi" olaraq görülürlər. Valideynlərin diqqəti artıq böyüklərə yönəldiyi üçün, kiçik uşaqlar daha az məsuliyyətli ola bilər. Rahat və sosial olurlar, çünki daha çox sərbəstliyə sahib olurlar.
Bu doğum sırası ilə əlaqədar ümumi təsvirlərdir və hər uşaq fərqli şərait və ailə dinamikaları nəticəsində müxtəlif xarakter xüsusiyyətləri göstərə bilər. Psixoloq olaraq, bu mövzuda valideynlərə məsləhət verərkən, doğum sırasının tək başına uşağın inkişafını tam olaraq müəyyənləşdirə bilməyəcəyini, lakin müəyyən nümunələr təqdim edə biləcəyini vurğulamaq faydalı olar. Uşağın xarakterinə və davranışlarına təsir göstərən digər amillər arasında valideyn tərbiyəsi, sosial mühit, genetik faktorlar və fərdi təcrübələr də mühüm rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya