Əhali çörəyi daha az istehlak etməyə başlayıb -AÇIQLAMA
Əhali çörəyi daha az istehlak etməyə başlayıb -AÇIQLAMA
Yusif Sultanoğlu
08:57 28.04.2024
Sosial
547
İstehsalın azalması əhalinin qida rasionunun dəyişməsi ilə bağlıdır
Ölkədə un və çörək istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Məlumatda bildirilir ki, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır. Rəsmi məlumata görə, 2023-cü ildə də unun istehsalı 2.6 faiz, çörək istehsalı isə 3.1 faiz azalıb. Un və çörək istehsalının azalmasıyla bağlı Xəzər TV-də süjet yayımlanıb. Süjetdə vətəndaşlar arasında keçirilən sorğudan da aydın olur ki, əksər ailələr çörəkdən istifadəni minimuma endirib. Səbəb tək qənaət deyil, həm də sağlamlıqdır. Çörəyə tələbatın azalması qiymətlərə təsir edə bilərmi? Tələb-təklif prinsipi nəzərə alınarsa, tələbat azalırsa, qiymət də enməlidir. Lakin bəzi iqtisadçılar bu fikirdədir ki, çörəyə tələbatın azalması qiymət amilinə təsir edə bilməz. Digər tərəfdən, un və çörək istehsalının azalması ölkəyə idxal olunan ərzaqlıq buğdanın qiyməti ilə də bağlı ola bilər. Dünya bazarlarında taxılın qiyməti dəyişərsə, unun, çörəyin qiymətinə də təsir edəcək.
İqtisadçı Xalid Kərimli "sherg.az”a açıqlamasında qeyd etdi ki, un və çörək istehsalının azalması ərzaqlıq buğdanın qiyməti ilə əlaqəli deyil:
- Son 1 ildə dünya bazarlarında ərzaqlıq buğdanın qiyməti 30 faiz azalıb. Yəni qiymət artımı yox, qiymət ucuzlaşması baş verir. Bu tendensiya Azərbaycanda da müşahidə edilir. Ölkəmizdə çörəyin qiyməti il yarımdır ki, enişə doğrudur. 2020-21-ci illərdə çörəyin qiyməti 65, 70 qəpiyədək qalxdı. Sonrakı illərdə və son 1 ildə isə qiymət enməyə başladı. Hazırda çörəyin qiyməti 55 qəpikdir. Unun kisəsinin qiyməti də ucuzlaşıb. Bu amillər nəzərə alındıqda istehsalın azalmasını qiymət dəyişikliyi ilə əlaqələndirmək doğru olmaz. İstehsalın azalması əhalinin qida rasionunun dəyişməsi ilə bağlıdır. Əhali un və çörək məmulatlarını daha az istehlak etməyə başlayıb. Bu da son zamanlar əhali arasında yayğın hal almış köklük, şəkərli diabet, ürək-damar xəstəlikləri ilə əlaqəlidir. Əhali fitnes mərkəzlərinə daha çox meyl etməyə başlayıb. Həkimlərə, dietloqlara müraciət edirlər, onlar da un məmulatlarından uzaq durmağı tövsiyə edir. Əslində, bu, müsbət haldır ki, əhali sağlam həyat tərzini seçir. Un məmulatlarından, çörəkdən az istifadə etməyə başlayıb. Ümumiyyətlə, çörəyin istehlakının azalmasına qiymət amili demək olar ki, təsir etmir. Çörək xalqımızın qida rasionunda hər zaman aparıcı roldadı. Çörəyin qiyməti neçə olursa-olsun, ona tələbat azalmır. Sadəcə, müəyyən sağlamlıq problemi ilə üzləşən, artıq çəkidən xilas olmaq istəyənlər çörəyi az istehlak edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm