
Falçılığa yeni don geyindirənlər: Dırnaqarası psixoloqları necə tanıyaq?
10:53 10.06.2024
Sosial
366
"Bizdə hər şeyin yolun tapa bilmək istedadı var. Falçıları məsuliyyətə cəlb edirdilər. Hamısı VÖEN açdıraraq psixoloq olub".
Bu sözləri Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov öz feysbuk hesabında paylaşıb.
Maraqlıdır, falçıların VÖEN açdıraraq rahatlıqla psixoloq adı ilə fəaliyyətdə olmaları nə dərəcədə doğrudur? Təəssüf ki, vətəndaşlarda psixoloqlara qarşı inamsızlıq var. Çünki bəziləri 6 aylıq kurs keçərək özlərini psixoloq adlandırırlar. Bəs bu fəaliyyət növündə sistem doğru olaraq necə qurulmalıdır?
Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı "Sherg.az"a açıqlamasında deyib ki, bu cür anlaşılmazlıqlara son qoymaq üçün psixoloqların lisenziya alması daha məqsədəuyğundur:

"Təbii ki, hər özünə güvənən, təhsili olan psixoloq başqalarının onun peşəsinə ciddi yanaşmasını istəyər. İndiki vaxtda insanları aldatmaq o qədər də asan deyil. Daima falçıya getməyin günah və cəhalət olduğunu deyirlər. Buna baxmayaraq, falçıya inananların sayı da kifayət qədərdir. Ona görə də bütün vətəndaşlar psixoloq seçimi edərkən araşdırma etsinlər. Hər özünə psixoloq deyən şəxsin yanına getmək doğru deyil. Psixoloqun təhsilinə diqqət edilməlidir. Təəssüf ki, hər universitet bitirən də savadlı və peşəkar mütəxəsis olmur. Bəziləri xaricdə təhsil alaraq diplomunu tanıdır. Hər yerindən duran psixoloq fəaliyyətinə başlamaması üçün dövlət səviyyəsində psixoloqlara lisenziyalar verilməlidir. İndiki halada isə bütün şəxslər yaradılan sürətli informasiya mübadiləsindən istifadə edərək müraciət etdikləri həkimləri, psixoloqları araşdıra bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir -TƏHLİL
19:44 23.03.2026
Dünya
İran İsrailin Tel Nof hava bazasına zərbə endirib
19:30 23.03.2026
Dünya
Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton
19:21 23.03.2026
Dünya
Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar
19:12 23.03.2026
Dünya
ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var -Tramp
19:03 23.03.2026
Dünya
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya