Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub

Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub.

APA xəbər verir ki, bu, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub.

Qeyd edək ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə məhkum edilib.