
Hacı Surxay Məmmədli: Birinin cənnətə getməsi üçün həcc ziyarətində vəfat etməsi lazım deyil
12:27 20.06.2024
Sosial
548
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölənlərin sayı mini keçib. Məlumata görə, faciəyə səbəb temperaturun 50 dərəcədən yuxarı qalxması olub. Ölənlər arasında Misir, İordaniya və digər ölkələrin vətəndaşları da var. Qeyd edək ki, günün əvvəlində ziyarət zamanı ölən müsəlmanların sayı 900 idi. Deyilənə görə, həcc ziyarətində dünyasını dəyişənlər qeyd-şərtsiz cənnətə düşəcəklər. Bəs, bu barədə "Qurani-Kərim"-də məlumat verilib?
Suallarımızı cavablandıran Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli "Sherg.az"a söyləyib ki, Allah Təala Qurani Kərimin Ali İmran surəsinin 97 ci ayəsində orada aydın nişanələr – İbrahimin məqamının varlığını buyurur:

''"Həccə gedən şəxs əmin-amanlıqda və təhlükədən kənardır. Ona görə də (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi Allah qarşısında borcudur. Kim bu borcu inkar edərsə, özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə bir sözlə heç kəsə möhtac deyil". Ayədən göründüyü kimi, Allah maddi və fiziki gücü çatan hər bir kəsə həcc ziyarətinə getməyi vacib əmr etmişdir. Oruc tutmaq ibadətində sağlamlığın və fiziki durumun şərt olduğu qeyd edilir. Həmçinin, həcc ziyarəti də fiziki sağlam olan şəxslərə əmr olunan ibadət növlərindən biridir. Bunun üçün həcc ziyarətinin vacibliyi xəstələrin və əldən düşmüş qocaların boynuna bir vəzifə olaraq gəlməz. Ziyarət zamanı hər hansı bir qəza və ya təbii fəlakətlər zamanı dünyasın dəyişənlərə gəldikdə isə belə hallar dünyanın istənilən ölkəsində və ya tədbirlərində baş verə bilər. Bu da təbii prossesdir. Kimlərinsə cənnətə gedib- getməməsi isə insanın əməllərindən asılıdır. Birinin cənnətə getməsi üçün həcc ziyarətində vəfat etməsi lazım deyil. Əməlisaleh insan öz yatağında da ölsə, cənnət ona vacib olar. Allah Təaladan ziyarət zamanı ölənlərə rəhmət, ailələrinə səbr diləyirik''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
15:13 21.10.2026
Dünya
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə