- Yeniyetmələrin, uşaqların “həyəcan siqnalları” bütün dövrlərdə olub. Orta məktəblərdə nadincliyi ilə fərqlənən şagirdlər olur. Qaça-qaça sinfə daxil olurlar ki, “müəllim gəlir!”, “direktor gəlir!” . Məqsəd uşaqları qorxutmaq, onların qorxduğunu görüb gülmək, ələ salmaqdır. Belələri üçün “cüvəllağı uşaqdır”, deyilir. Sadəcə, hazırkı zaman, yaşadığımız dövr çətin, kəşməkeşli, terrorun yayıldığı təhlükəli zaman olduğu üçün valideynlər narahat olur, insanlar təşviş, qorxu keçirirlər. İnternet, sosial şəbəkələrin imkanları o qədər genişdir ki, hətta azyaşlılar da nəsə çəkib paylaşa bilir. İndiyədək nə qədər belə hallar yaşanıb, kimsə kimisə kənardan viedoya çəkir, sonra sosial şəbəkədə paylaşır, qalmaqal başlayır, polis, hüquq-mühafizə orqanları işə qarışır və sair. Ajiotaj yaratmağa meyilli uşaqlar var, bu da uşaq psixologiyasının tərkib hissəsidir. Amma ajiotajın yaradıldığı məkandan, zamandan və onu kimin yaratmasından asılı olaraq miqyas böyüyə bilir. Bu zamansa ajiotaj cəmiyyətə yayılır və cəmiyyəti narahat etməyə başlayır. Emosional valideynlər də bundan təsirlənir. Əslində isə biz, cəmiyyət olaraq ajiotaja meyilliyik. Bu bizə maraqlı gəlir və müzakirəsini aparırıq. Sadəcə, hesab edirəm ki, hər bir şəxs məlumatın ötürüldüyü ünvana diqqət etməli və buna müvafiq reaksiya verməlidir. Əgər məlumat rəsmi mənbədən deyilsə, onun həqiqiliyinə şübhə ilə yanaşılmalıdır. Və çalışmaq lazımdır ki, süni ajiotaj yaradılmasın.
Həyəcan siqnalı: "Cüvəllağı uşaqdır"
08:55 14.03.2024
Sosial
348
Sadəcə, yaşadığımız dövr, terrorun yayıldığı təhlükəli zaman olduğu üçün valideynlər narahat olur, qorxu keçirirlər
Psixoloq Fərqanə Mehmanqızı: “Valideynlər məsuliyyətli olmalıdır. Övladına başa salmalıdır ki, sənin hansısa yanlış xəbərin atanı, ananı da qorxuda bilər və bizim öz ailəmizə, sənə zərər toxunar” Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanıb. Bu isə vətəndaşlarımız arasında narahatlığa səbəb olub. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti bu barədə press-reliz yayıb. Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur. Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapıb. Xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalının ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər tərəfindən yaradıldığı məlum olub. Onların Azərbaycanla heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Həmçinin eyniadlı "Telegram" səhifəsində yerləşdirilən, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin martın 12-də çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib: "Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk".
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az"a açıqlamasında bu səpkili hadisələrin əvvəllər də baş verdiyinə diqqət çəkdi:
- Yeniyetmələrin, uşaqların “həyəcan siqnalları” bütün dövrlərdə olub. Orta məktəblərdə nadincliyi ilə fərqlənən şagirdlər olur. Qaça-qaça sinfə daxil olurlar ki, “müəllim gəlir!”, “direktor gəlir!” . Məqsəd uşaqları qorxutmaq, onların qorxduğunu görüb gülmək, ələ salmaqdır. Belələri üçün “cüvəllağı uşaqdır”, deyilir. Sadəcə, hazırkı zaman, yaşadığımız dövr çətin, kəşməkeşli, terrorun yayıldığı təhlükəli zaman olduğu üçün valideynlər narahat olur, insanlar təşviş, qorxu keçirirlər. İnternet, sosial şəbəkələrin imkanları o qədər genişdir ki, hətta azyaşlılar da nəsə çəkib paylaşa bilir. İndiyədək nə qədər belə hallar yaşanıb, kimsə kimisə kənardan viedoya çəkir, sonra sosial şəbəkədə paylaşır, qalmaqal başlayır, polis, hüquq-mühafizə orqanları işə qarışır və sair. Ajiotaj yaratmağa meyilli uşaqlar var, bu da uşaq psixologiyasının tərkib hissəsidir. Amma ajiotajın yaradıldığı məkandan, zamandan və onu kimin yaratmasından asılı olaraq miqyas böyüyə bilir. Bu zamansa ajiotaj cəmiyyətə yayılır və cəmiyyəti narahat etməyə başlayır. Emosional valideynlər də bundan təsirlənir. Əslində isə biz, cəmiyyət olaraq ajiotaja meyilliyik. Bu bizə maraqlı gəlir və müzakirəsini aparırıq. Sadəcə, hesab edirəm ki, hər bir şəxs məlumatın ötürüldüyü ünvana diqqət etməli və buna müvafiq reaksiya verməlidir. Əgər məlumat rəsmi mənbədən deyilsə, onun həqiqiliyinə şübhə ilə yanaşılmalıdır. Və çalışmaq lazımdır ki, süni ajiotaj yaradılmasın. F.Mehmanqızı valideynlərin övladları ilə izahedici söhbətlər aparmasını vacib sayır:
- Valideynlər məsuliyyətli olmalıdır. Övladına başa salmalıdır ki, sənin hansısa yanlış xəbərin atanı, ananı da qorxuda bilər və bizim öz ailəmizə, sənə zərər toxunar. Valideynlər bunu başa sala bilsələr, uşaqlar bu cür təhlükəli hərəkətlər etməz, çəkinərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual