Səadət Bənənyarlı: Yeni qərarı doğru hesab etmirəm
10:43 22.12.2023
Sosial
726
Qadınların əmək hüquqları genişləndirilir. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunub. Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyəyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər.
Bu dəyişiklik qadınların əməkhaqlarının artmasına imkan verəcək. Qanun, eyni zamanda, 18 yaşına çatmamış işçilərə, eləcə də, 14 yaşına qədər uşağı tək böyüdən kişilərə də şamil olunur. Bundən əvvəl isə bu qeyd olunanlar qanunla qadağan idi. Belə ki, mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin, ezamiyyəyə getmələrinə də icazə yox idi. Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları arasında fərqi azaltmaqdır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, yeni qərarı doğru hesab etmirəm:
"Çünki xəstəliyi olan uşağa mütəmadi qulluq etmək lazımdır. Ona görə həmin şəxsə müəyyən güzəştlər edilməlidir. Qanunvericilikdə də bu nəzərə alınmalıdır. Yəni, məsələnin gender bərabərliyinə, qadın və kişilər arasında əmək haqlarındakı fərqi aradan qaldırmağa heç bir adiyatı yoxdur. Adətən, evdə xəstəlik keçirən uşağa daha çox vəsait lazımdır. Belə olduğu təqdirdə onlara dərman, baxıcı gərəkir. Hesab edirəm ki, bu mövzuya hər bir istiqamətdən araşdırılıb,yenidən baxılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya