Şəhid ailəsinin üzvləri ev növbəsinə yazıla biləcəklər
Yusif Nəzərli
07:45 13.06.2024
Sosial
362
Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikin müzakirəsi zamanı deyib.
Musa Quliyev bildirib ki, proses demək olar, yekunlaşmaq üzrədir:
“Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaqlar. Praktika göstərdi ki, müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlər də ortaya çıxırdı. Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişibsə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılır. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Bununla da statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.
Deputatın sözlərinə görə, eyni proses bir neçə hallarda şəhid ailələri arasında da müşahidə edilib:
“Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirsə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP ÖZGÜR olacaq, yoxsa QILINCDAN keçəcək? - TƏHLİL
20:39 26.05.2026
Gündəm
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm