
Sevgi münasibətlər niyə pozulur? -Psixoloq səbəbləri izah etdi
09:41 17.07.2024
Sosial
543
Britaniyalı psixoterapevt Syuzi Masterson hər hansı bir münasibətin pozulmasına gətirib çıxaran dörd xüsusiyyət barədə danışıb.
Bu barədə Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir.
Psixoterapevtin fikrincə, münasibətlərin əsas düşməni daim tənqid etmək istəyidir. Onun sözlərinə görə, partnyorlar özlərində olan ən çox qorxduqları şeyləri tez-tez tənqid edirlər. Bu, məsələn, qeyri-adi cinsi istəklər ola bilər.
Həmçinin münasibətlərə nifrət hissi də xələl gətirə bilər.
"Nifrət - çox vaxt utancdan müdafiədir. İstər siyasət, istər din, istər mədəniyyət və ya ailə olsun, münasibətlərdə qütbləşən baxış bucaqları olduqda, bu, bir tərəfin digərinə nifrət etməsinə səbəb ola bilər", - deyə o qeyd edib.
Bundan əlavə, müdafiə mövqeyi tutmaq istəyi münasibətləri məhv edə bilər. Çox vaxt uşaqlıqda sağlam münasibətlər görməyən insan bu mövqeni tutur.
"Belə adam deyir ki, mən o qədər hamını təmin etməklə məşğulam ki, hazırda münasibətlərimizə diqqət yetirməyə vaxtım və enerjim yoxdur", - deyə Syuzi Masterson əlavə edib.
"Bu, doğru ola bilər, lakin belə bir mövqe insanı partnyoru üçün əlçatmaz edir ki, bu da münasibətin bitməsinə doğru aparır", - mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, münasibətlərə xələl gətirə bilən dördüncü xüsusiyyət olduqca emosional hallarda digər insanla öz arasında "divar hörmək" istəyidir ki, bu da münasibəti təhlükə altına alır.
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirib ki, hər insan xarakterinə uyğun olaraq münasibətini davam etdirir:

“Niyə münasibətdə eniş-yoxuşlar və yaxud da parçalanma yaranmağa başlayır?… Çünki tərəflərdən biri istər akademik dəyərlər, istərsə, də öz xarakterini inkişaf etdirərək müəyyən səviyyəyə qalxır. Ancaq qarşı tərəf inkişaf etmir. Beləliklə də arada böyük uçurumlar yaranır. Çünki birinin düşüncə tərzi ilə o birinin düşüncə tərzi eyni gəlmir. Digər səbəb isə, bəzi insanların birini əldə etdikdən sonra onun üçün çaba göstərməməsidir. Yəni həmin insanın yanında olması, sevməsi üçün münasibətə əmək sərf etmir. Əmək verilməyən münasibət isə böyümür. Ümumiyyətlə əmək vermək, qarşı tərəf üçün nələrsə etmək münasibəti daha da möhkəmləndirir. Psixologiyamızda mənim ərim, mənim arvadım düşüncəsi var. Yəni mənimdir buna əmək verməyə ehtiyyacımız yoxdur. İnsanların psixologiyasında rəqabət düşüncəsi onu inkişaf etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya