Son sutkada qarlı havada 90 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

15 nəfər əməliyyat üçün stasionara qəbul edilib.