İranı Müctəba Xamenei yox, onlar idarə edirlər - Keçmiş kəşfiyyatçı

“İranın keçmiş ali rəhbəri Əli Xameneinin ölümündən sonra Müctəba Xameneinin başında dayandığı rejim köhnə siyasəti davam etdirir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı və “Nüvə İranına qarşı Birlik” təşkilatının baş məsləhətçisi Norman Roul deyib.

“İran keçmişində ilişib qalıb, əgər bu rejim mövcudluğunu davam etdirsə, onun siyasəti son onilliklərdəki modelə uyğun olacaq”, - o bildirib.

Roul qeyd edib ki, hazırkı rejim tamamilə İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) asılıdır:

“İllərdir SEPAH-ın dominant olacağı rejimin formalaşacağı proqnozlaşdırılırdı. İndiki rejim məhz belədir”.

MKİ-nin keçmiş əməkdaşı əlavə edib ki, SEPAH Yaxın Şərqdə proksi qüvvələr şəbəkəsi yaradıb, İran iqtisadiyyatından öz maraqları üçün istifadə edir və onun “Qüds” briqadası İranın regional xarici siyasətində əsas amillərdən biridir: “Hazırda ölkədə iqtidar onlar əllərindədir”.