Sosioloqdan çağırış: Uşaqların matəm, ağlaşma mərasimlərində olması, onların psixologiyasını pozur
14:00 15.07.2024
Sosial
464
İslam dini ona görə ən çox sevilən dinlərdəndir ki, mərhəməti, qayğını, rəhmi təbliğ edir. İnsanları özlərinə xətər yetirməkdən, israfçılıq etməkdən, başqalarını incitməkdən uzaq durmağa çağırır. Bu önəmli çağırışların içində keçmişini, dini tarixini unutmamaq da var.
Məhərrəmlik ayı da bizi dini keçmişimizlə bağlayan aylardan biridir. Bu ayda Kərbəla şəhidlərinə həsr olunmuş Aşura mərasimi hər il Azərbaycanda da keçirilir. İnsanlar kütləvi şəkildə məscidlərə axın edərək həmin gün qətlə yetirilən imamların və yaxınlarının yasını tuturlar.
Çox vaxt böyüklərlə bərabər, balaca uşaqlar da həmin mərasimlərə gedirlər.Burada qaralara bürünmüş, ətrafda baş verənləri diqqətlə izləyən körpələr və hətta, içlərində hələ əmziyindən ayrılmamışı da var.
Maraqlıdır, ağlaşma olan, zəncir vurulan mərasimə uşaqların aparılması nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı fikrilərini Sherg.az-la bölüşən sosioloq Elçin Bayramlı bildirib ki, dini inanclar qanunu pozmur və başqalarına problem yaratmırsa, bu bütün vətəndaşların təbii haqqıdır:
''Ancaq bu elə bir formada aparılmalıdır ki, azyaşlıların psixologiyasına pis təsir etməsin. Uşaqlara aşağı yaşdan etibarən dini-mənəvi dəyərlər aşılanmalıdır. Ancaq bu bəzi məzhəb və təriqətlərin həyata keçirdiyi mərasimlər həqiqi dini dəyərlər deyil. Bizim dinin müqəddəs kitabı "Qurani Kərim"-dir. Təbii ki, Quranda yazılan tövsiyələrlə uşaqları böyütmək olar. Ancaq sonradan çıxarılan bir çox mərasimlər, formal dini məclislər, aksiyalar bir növ siyasiləşən və yaxud möhvumata aparan prossesdir. Yəni, bunun, Qurana, Allaha heç bir adiyatı yoxdur. Təbii ki, dini şəxsiyyətlər hörmət qoyularaq onların həlak olmasını kədər hissi ilə qeyd etmək olar. Lakin həmin mərasimlər böyüklər üçündür. Uşaqlar müəyyən yaş dövrünədək dinin mahiyyətini tam dərk etmirlər. Ona görə də valideynlər yaxşı olardı ki, azyaşlıları bu cür məclislərə aparmasınlar. Dini bayramlarda uşaqlar iştirak edə bilərlər. Amma uşaqların matəm, ağlaşma mərasimlərində olması, onların psixologiyasını pozur. Qeyd edək ki, son zamanlar aparılan təbliğatlar nəticəsində bir çoxları belə mərasimlərə övladlarını aparmırlar. Belə hallar olduqda isə Dini Qurumlar İş Üzrə Dövlət Komitəsi və Hüquq Mühafizə Orqanları maneələr törədərək imkan vermir. Hesab edirəm ki, onların bu istiqamətdə tədbirləri təqdirəlayiqdir. Bu uşaqları dindən ayırmaq demək deyil. Əlbəttə,uşaqlara ibadət etməyi, müqəddəs kitabları oxumağı öyrətmək olar. Ona görə də ən optimal yolla dindarları başa salmaq lazımdır. Bir sözlə, uşaqların yaşlarına aid olmayan yerlərdə iştirakı yolverilməzdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya