
Sosioloqdan həyacan siqnalı: Oğlanlar evlənməyə qız tapmayacaq
10:24 10.06.2024
Sosial
445
2024-cü il may ayında ölkədə 3884 qız, 4656 oğlan doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ölkədə yenə də gender bərabərsizliyi yaşanır. Azərbaycan millətində oğlan sevgisi, istəyi hardandır? Bəzi ailələrin düşüncəsi niyə oğlan uşağına meyillənir?
Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, mental düşüncə tərzinə görə oğlan nəslin davamçısı hesab edilir:

“Oğlu olmayan ata özündən sonra nəslinin sonunun gəldiyini hesab edir. Yəni soyad orada bitir deyə fikirləşirlər. Qızlar başqası ilə ailə qurduğu və başqa soyad götürdüyünə görə nəslin davamçısı hesab edilmir. Buna görə də milli düşüncə tərzində mütləq qaydada hər atanın bir oğul övladı olmalıdır fikir formalaşıb. Qız övladı daha az sevilir deyə bilmərik. Ancaq oğlan uşağına qeyd etdiyim xüsusiyyətə görə daha çox üstünlük verilir. Selektiv abortların sayının artması nəticəsində bu cür balansı pozulmuş rəqəm meydana çıxır. Bunu ən çox bağça, məktəbdə və sinif otaqlarında müşahidə edirik. Oğlanların sayı, qızların sayına adekvat deyil. Gələcəkdə nəsil artırmada problem yaranacaq və oğlanlar evlənməyə qız tapmayacaq. Evlilik baş tutmayan mental dəyərləri olan ölkədə də nəsil artırma qabiliyyəti olmadığına görə, demoqrafik artımda ciddi şəkildə natarazlıqlar ortaya çıxacaq. Bunun səbəbi isə məhz oğlan övladına olan düşgünlükdən irəli gəlir. Əgər ailədə tərəflər 1 övlad düşünürlərsə, bunun mütləq şəkildə oğlan olacağını istəyirlər. Nəslin davam etməsi baxımından oğlan övlada ehtiyacları var. Ancaq 1 oğlan 1 qız istəyirlərsə, bunu selektiv abort sayəsində bacarırlar. Yəni ailənin birinci övladı qızdırsa, növbəti övlad oğlan olmalıdır düşüncəsi ilə selektiv aborta gedirlər. Bunun nəticəsində isə qadınların ciddi formada orqanizmi zədələnir, növbəti dölün doğru inkişaf etməməsi, xəstə doğulması və problemli nəslin meydana çıxmasına səbəb olur. Əslində köhnə nəslin insanlarının təsiri ilə bu fikir formalaşıb. Çünki cavan ailəyə oğul övladın olması cəhətdən təzyiq edirlər. Əgər 2 qız varsa, mütləq qayda da 3 cü uşaq oğlan doğulmalıdır deyə gəlini dəfələrlə selektiv aborta məcbur edirlər. Bakıda 2 gözü olmayan uşaq dünyaya gəldi və doğumdan sonra rəhmətə getdi. Bunun səbəbi o idi ki, ailənin 3 qızı var və na bilərək oğul övlada hamilə qalıb. Uşağın cinsi məlum olduğu həftədə qızı olduğunu bildikdən sonra selektiv aborta gedib. Nəhayət ki, bir neçə abortdan sonra oğlan övlada hamilə qalıb. Lakin uşaq qadının dəfələrlə hamilə qalması səbəbi ilə 2 gözü olmadan doğulub. Nəticədə də yaşamayıb. Bu cür vəziyyətlərdə selektiv abort qadın orqanizmə və gələcək nəslə ciddi şəkildə təsir edir. 2 gözün olmaması problemin bilinən tərəfidir. Ancaq o uşağın iki gözü yerində olsaydı belə görünməyən, bilinməyən və sonradan meydana çıxacaq bir çox xəstəliklərin daşıyıcısı ola bilərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir -TƏHLİL
19:44 23.03.2026
Dünya
İran İsrailin Tel Nof hava bazasına zərbə endirib
19:30 23.03.2026
Dünya
Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton
19:21 23.03.2026
Dünya
Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar
19:12 23.03.2026
Dünya
ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var -Tramp
19:03 23.03.2026
Dünya
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya