Umayra Tağıyeva: Bu il daşqınların sayı 102-ni keçib, "Qırmızı kitab"ın III nəşrinin həcmi artıb
Yusif Nəzərli
07:43 30.09.2024
Sosial
388
Dünya fəsillərin yerinin dəyişməsi, ekstremal hava hadisələri ilə üzləşməkdədir.
APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, buna görə dünya uzlaşma həlləri üçün birlikdə tədbirlər görməlidir:
“Uğurlu uyğunlaşma yalnız hökumətlərdən asılı deyil. Burada hər kəsin davamlı iştirakı, biliklərin səmərəli idarə edilməsi tələb olunur. Paris sazişi çərçivəsində Qlobal Uyğunlaşma adlı qurum yaradıldı. Temperaturun 1,5-dən yuxarı qalxması risklər yaradır. Dünya təhlükəli həddə doğru irəliləyir. Temperaturu 1.5-dən aşağı salmaq üçün tədbir görmək imkanları azalır".
"Bizim ölkəmiz unikal ölkədir. İqlim dəyişikliyi nəticəsində ölkəmizdə də meşə yanğınları, su ehtiyatlarının azalması, buzlaqların əriməsi kimi problemlər özünü göstərir. Son 10 ildə yağıntıların ciddi surətdə azalması kənd təsərrüfatına da təsir göstərib. Ölkəmizdə iqlim dəyişikliklərinin təzahürləri müşahidə edilir. Biz misli görülməmiş sayda -147 daşqınla üzləşdik. Bu il isə hələ payız olmasına baxmayaraq, daşqınların sayı 102-ni keçib. Ölkənin üçüncü "Qırmızı Kitab"nın həcmi artıb. Çünki ölkədə təhlükədə olan flora və faunanın sayı artmaqdadır”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alman həkimlərindən YÜKSƏK TƏZYİQİ salmaq üçün ən sadə üsul
03:28 02.08.2026
Sağlamlıq
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə