Veteran pulları nə vaxt artırılacaq? -İqtisadçıdan PROQNOZ
10:28 12.06.2024
Sosial
1268
"Azərbaycanda müharibə veteranlarının təqaüdünü 80 manatdan 160 manata çatdırmaq üçün ayda 14,4 milyon manat əlavə vəsait tələb olunur ki, bu da böyük məbləğ deyil". Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib. "Elə məsələlər var ki, vaxtında həll edilmədikdə bumeranq effekti yaradır. Bunlar daha əvvəl də səsləndirdiyim müharibə veteranlarının təqaüdünün və minimum əməkhaqqının artırılması məsələləridir. Hesab edirəm ki, veteranlar üçün 80 manatlıq təqaüdün artırılması ilə bağlı ilin 2-ci yarısında addımlar atılmalıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 179 840 nəfər müharibə veteranı var. Onların təqaüdləri oktyabrdan artırılsa 45 milyon manat vəsait tələb olunacaq ki, bu da böyük deyil. Minimum əməkhaqqının isə gələn il yanvar ayında indeksasiya zamanı artırılmasını vacib hesab edirəm", - deyə o qeyd edib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli söyləyib ki, əgər artımlar olarsa, bu növbəti ilin birinci ayəndan təşkil olunacaq:
"Bu il minimum əməkhaqqının artırılması ehtimal edilmir. Belə bir məlumat sızdırıldı ki, noyabrın birinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu haqda təkliflər irəli sürsün. Çünki 2024-cü ildə minumum əməkhaqqı artırılmadı. Ölkə prezidenti inaqurasiya mərəsimində bildirdi ki, hökümət təqaüdlərdən narazıdır, lakin hələ artırmağa gücümüz çatmır. Buna baxmayaraq, növbəti ildə məvaciblər çoxaldılacaq. Həmçinin, dövlət üçün minimum əməkhaqqının yüksəldilməsi ona görə çətindir ki, bu,təkcə hökümət büdcəsindən maliyyələşmir, özəl sektor da büdcəsini artırmalıdır. Lakin Azərbaycanda özəl sektorların vəziyyəti pisdir. Regionun lideri olmağımıza baxmayaraq, acı olsa da aşağı əməkhaqqı alan çox sayda insan var. Əməkhaqqını qaldırdıqda isə özəl sektor çətinliklər çəkir. Bu nüanslar səbəbindən hökümət problemi yavaş-yavaş həll etməyi düşünür. Veteran təqaüdləri birbaşa büdcədən maliyyələşir. 2018-2019-cu ildə veteran pulu olaraq 80 manat təyin olunub. Daha sonra isə artırılmayıb. 2020-ci ildə müharibədə iştirak edən şəxslər də veteran statusu aldılar. Ona görə, say olaraq öhdəlik artdı''.
Ekspert vurğulayıb ki, bütün sosial ödənişləri artırmaq lazımdır, ancaq hökümət bunu öz imkanları çərçivəsində nəzərə alır:
"Veteran pulunun, əməkhaqlarının artırılması üçün yaşayışın minumum hesablanması qaydasına yenidən baxmaq lazımdır. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı zəifdir və vergi büdcə ödənişlərinin strukturunda azdır. Real sektor inkişaf etmədiyi üçün bu cür addımlar neftdən asılılığı artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP ÖZGÜR olacaq, yoxsa QILINCDAN keçəcək? - TƏHLİL
20:39 26.05.2026
Gündəm
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm