
Ekoloqdan sərt tənqid: Bakının kənar ərazilərinə fikir verən yoxdur
13:57 05.09.2024
Cəmiyyət
532
Masazırda Heydər Əliyev plakatından bir az aralı, Türkmen klinikasının yanında zibil qabları dolaraq zibillər yerə tökülüb. Maraqlıdır ölkəmizin COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyi bir dönəmdə belə halların qarşısı niyə alınmır? Ümumiyyətlə daşan zibil qutularına kimlər nəzarət etməlidir?
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, COP29 Bakının mərkəzi hissəsində keçirildiyi üçün kənar ərazilərə fikir verən yoxdur:

“Məmurlar tədbirin harada keçiriləcəyini bildiyinə görə qıraq yerlərə baxmırlar. Yəni ancaq görünəcək yerləri diqqətdə saxlayıbç görünməyən yerlərdə nə olar-olar prinsipi ilə yaşayırlar. Hər zaman bizim məmurlar bu cür olub. Çünki onlara qarşı ciddi tədbirlər aparılmır. İllərdir ki, vəzifələrində oturublar və istədikləri kimi də hərəkət edirlər. Bilirlər ki, üst məmur ona bir söz deməyəcək. 3-4 ildən bir kadrların yeri dəyişdirilsə, və yaxud zəif işlərinə görə töhmət, cəza alsalar belə hallar olmaz. Demoqrafik siyasətin yanlış olmasına görə, xüsusən də 90-cı illərdə məmur özbaşınalığından Abşeron yarımadasında yararlı sahələr paylanıldı və satıldı. Krizis vaxtı rayonlardan Bakıya axın edən insanlar tərəfindən müxtəlif yerlərdə məskunlaşmağa başlanıldı. Masazırın yaxşı yerlərində məmurlar, digər yerlərini isə kasıblar gecə qondu tikərək böyük qəsəbə yaratdılar. Hər bir qəsəbənin gen planı olmalıdır. Ancaq bunlar Bakının və Abşeronun gen planı hazırlanmadan həmin əraziləri satdılar. Bakı şəhərinin abad olan və olmayan hissəsi var. Rəsmilərin, dövlət rəhbərliyinin gündəlik keçdiyi yerlər hər gün təmizlənir və abadlaşdırılır. Lakin elə yerlər var ki, orada dövlət tədbirləri keçirilmir, məmurlar o yoldan istifadə etmirlər. Ona görə də həmin ərazilər nəzarətsiz qalır. Biz Bakı şəhərinin tədricən boşaldılması haqqında düşünməliyik. Vətəndaşlarda öz ömürlərini kəsməklə məşğuldurlar. İnsanlar öz rayonlarına, ərazilərinə gedərsə, daha yaxşı olar. Təbii ki, hər kəs Bakını tərk etməli deyil. Hökumət rayonlarda iş yerləri açsa, istehsalat qursa, insanlar Bakıda gecə qondu qurmazlar və öz rayonlarına gedərlər. Zibil yığanlar tətil etmir, onlar səhərdən axşama qədər işləyirlər. Amma yəqin ki, o ərazini təmizləməyə ya çatdırmırlar, ya da rəhbərləri məsləhət bilmir. Ümumiyyətlə İcra hakimiyyəti funksiyasalarını bilmir. Çünki bəlli deyil talehləri necə olacaq. Onlar başsız atlı kimi hərəkət edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya