Gürcüstan parlament nümayəndə heyəti Milli Məclisdə olub
Yusif Nəzərli
14:25 24.12.2024
Siyasət
395
Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri dekabrın 24-də Gürcüstan Parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev iki ölkənin dostluq və mehriban qonşuluq münasibətlərindən söz açıb. Komitə sədri qanunverici orqanlarımız arasında əməkdaşlığın dinamik inkişaf etdiyini deyib, parlament sədrlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib. O, parlamentlərimizin dostluq qrupları, komitələri arasında münasibətlərin dərinləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadze əlaqələrimizin genişlənməsində qanunverici orqanların rolundan, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb. O, ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinin xalqlarımızın mənafelərinə cavab verdiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov və Gürcüstan Parlamentinin Regional siyasət və yerli özünüidarə komitəsinin sədri İrakli Kadagişvili regional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya