Ermənistandan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edilib
Yusif Nəzərli
14:43 19.01.2025
Region
397
Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, həmin şəxslər İnterpol tərəfindən qırmızı büllütenlə axtarışda olub: “Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirir”.
Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X hesabında paylaşım edərək onların şəxsiyyəti barədə məlumat yayıb. Məlumata əsasən, Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən 43 il həbs qərarı ilə, 14 ildir isə İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışa verilib. O, “Barış Boyun” cinayətkar qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.
Digər ekstradisiya edilən isə 6 il müddətinə Türkiyə tərəfindən 10 həbs qərarı ilə, 1 ildir İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışda olan cinayətkar dəstənin üzvü İbrahim Kaymakdır.
Qeyd edilib ki, sözügedən şəxslərin Ermənistanda həbsi Türkiyə Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi, İnterpol-Avropol İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Kəşfiyyat İdarəsi və Ordu Vilayəti Polis İdarəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Ali Yerlikaya Türkiyə tərəfi ilə əməkdaşlığa görə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə