
Mütəxəssis: Süni intellektlə əlaqədən məmnun qalanlar real münasibətlərindən uzaqlaşa bilər
11:46 02.05.2025
Texnologiya
511
İngiltərədə bir qadın Süni İntellektə aşiq olub və ona ərə getməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
İşin maraqlı tərəfi bundan ibarətdir ki, qadın mat-botdan ötrü 20 illik ərini tərk edib.
Bunun səbəbini qadın həyat yoldaşının emosional cəhətdən onu təmin etməməsi ilə bağlayır. Bundan başqa, kişi uşaqların tərbiyəsində və məişət problemlərinin həllində ona yardım gösrətmirmiş. Şarlotta şərti adı ilə təqdim olunan qadın onu da bildirib ki, əri problemləri müzakirə etmək və həll yollarını tapmaq cəhdlərindən yayınırmış.
Kişi isə öz növbəsində keçmiş arvadını hədsiz həssaslıqda ittiham edib.
Şartlotta etiraf edir ki, o, maraqdan chatbot ilə ünsiyyətə başlayıb, lakin ChatGPT-nin diqqətli və adekvat həmsöhbət olduğu üzə çıxıb. Bundan sonra qadıb onunla "münasibət qurmağa" başlayıb.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Sherg.az-a bildirib ki, əsas problem ondadır ki, süni intellekt real duyğulara malik deyil o, istifadəçinin davranış və emosional reaksiyalarına uyğun cavablar verə bilən alqoritmdir:

“İnsan isə bu cavabları real hiss kimi qəbul edə və emosional bağ yarada bilər. Bu zaman manipulyasiya və istismar riski artır, çünki istifadəçi özünü qarşısında real şəxs varmış kimi hiss edir, halbuki qarşısındakı yalnız proqramlaşdırılmış sistemdir. Düşünürəm ki, sosial baxımdan isə texnoloji asılılıq riski var. İnsanın süni intellektlə əlaqədən məmnun qalaraq real münasibətlərindən uzaqlaşması mümkündür. Bu da tədricən sosial təcridə, emosional zəifləməyə və psixoloji gərginliyə səbəb ola bilər. Xüsusilə yeniyetmələr və emosional cəhətdən həssas insanlar bu prosesdə daha çox risk altındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət