Tahir Gözəl: İstəyirəm ki, "Qarabağ" müstəqil olsun
Yusif Nəzərli
00:38 30.05.2025
İdman
574
"İstəyirəm ki, "Qarabağ" maliyyə baxımından azad olsun".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanını Azərbaycan Premyer Liqasında çempion olması münasibəti ilə keçirilən mərasimdə deyib.
O, ilk olaraq 28 may - Müstəqillik günü və Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edib. Daha sonra klubun mərhum fəxri prezidenti, atası Abdulbari Gözəllə bağlı xatirələrini bölüşüb.
Tahir Gözəl "Qarabağ" klubunun dünyada ən gözəl ad olduğunu bildirib: "Digər komandalar bizi bağışlasınlar. "Qarabağ"ın rəngləri, tarixi, əziyətlərimiz... Hər zaman komandamız qol vuranda bir tərəfimiz sevinirdisə, digər tərəfi ağlayırdı. İndi nə yaxşı ki, tam gülə bilirik".
O, növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunmasını uzunmüddətli perspektiv baxımından dəstəkləmədiyini bildirib: "Növbəti mövsüm 12 klubun olması xoş xəbərdir. Demək ki, rayonlarımızda futbol inkişaf edəcək. Limitin ləğvi qısa müddətdə bizə kömək edəcək. Amma uzun müddət üçün Azərbaycan futboluna xeyri olmayacaq. "Qarabağ"ın həmişə öz dəst-xəti var. Öz yetirmələrimizi buraxmayacağıq".
Gözəl "Qarabağ"ın maliyyə baxımından azad olmasını istədiyini söyləyib: "Sponsor hər zaman lazımdır. Hər futbol klubun arxasında sponsor durur. Amma istəyirəm ki, "Qarabağ" müstəqil olsun, sponsordan isə dəstək alsın. Hesab edirəm ki, buraya yaxınlaşmışıq. Klub UEFA-dan əldə edilən gəlirlə, sponsora "mənim gücüm var" deyir. Bu, mənim ən böyük arzum idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm