Açıq-saçıq səhnədə çəkilən aktrisa: "Orada tərbiyəsizlik yox idi" - VİDEO
09:14 31.12.2019
Şou
1002
Xoşbəxt qadınam. Hər bir qadının ana olmaq kimi ürəyində arzusu var. Mən isə bunun üç qatını yaşayıram. Bundan artıq mənə heç nə lazım deyil. Bu sözləri məşhur aktrisa Sevinc Əliyeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib. “Dalan” filmində çəkildiyi açıq-saçıq səhnələrə görə tənqid olunan məşhur obrazına görə peşman olmadığını söyləyib, bu məsələni şişirtdiklərinə görə izləyiciləri qınadı:
“Bu filmə çəkildiyimə görə təbii ki, peşman olmadım. Çəkildiyim açıq-saçıq səhnələri isə çox qabartdılar. Kadrlara diqqətlə baxsaz, orada heç bir şey yox idi. Çox şişirtdilər. Nə Türkiyədə, nə Rusiyada, heç Hollivudda belə aktyor və aktrisaların çəkildiyi ehtiraslı səhnələri bizim qədər şişirtmirlər. Bizim canımızda var nələrisə qabartmaq. Orada tərbiyəsizlik yox idi.
Yazıb-pozulduğu kimi əgər filmdə aktrisa açıq-saçıqlığı versəydi, bu artıq dram deyil, başqa janrda olacaqdı. Bu filmdə belə şey yox idi. Yadıma gəlir ki, iki əvvəl təsadüfən “İnstagram” səhifəmdə paylaşdığım bir foto başımı çox ağrıtdı. Haqqımda yenidən ərə gedəcəyəm kimi bir şey çıxartdılar. O zaman mənə yazılan şərhləri bir-bir oxuyurdum. İzləyicilərin əksəriyyəti məni dəstəklədilər və müdafiəmə qalxdılar”.
“Mədəni tənqidə açığam. Tənqidin əgər düz tərəfi varsa, normal qəbul edirəm. Amma təhqirə sakit qalmaq, susmaq olmur” deyən Sevinc fikirlərini bu cür davam etdi:
“Mən “İnstagram” hesabımda yazılan rəylərin heç birini silmirəm. Heç kim mənim yanımda o qırmızı cızığı keçə bilməz. Sosial şəbəkədə yazılan neqativ dolu rəylərdən xəbərim belə yoxdur, çünki oxumuram”.
Özünü şou-biznesə aid etməyən aktrisa həmkarlarından fərqli olaraq, hamı ilə mehriban münasibətdə olduğunu dedi:
“Özümü şou-biznes aləmində görmürəm. Orada mən yoxam. Mənim çox böyük tanış əhatəm var. Deyə bilmərəm ki, kimləsə mənim düşmənliyim var və ya kimləsə sözüm çəp gəlib. Amma çox dar bir dost əhatəm var. O əhatə isə şou-biznes və efir adamları deyil. Hamı ilə çalışıram, dil tapıb, normal münasibət saxlayım.
Sənət yoldaşlarının gözəllik yolunda verdikləri qurbanlara müsbət baxan cazibədar aktrisa özünün plastik və estetik əməliyyata ehtiyac duymadığını dilə gətirdi:
“Mənim burnum “akkuratnı” burun olmasa da, təbii və öz burnumdur. Hərdən baxıram güzgüyə, deyirəm ki, kaş burnum belə olardı. Yatıb, dururam yadımdan çıxır. İnsan da var ki, kompleksə düşür, istəyir ki dəyişib, daha yaxşı olsun. Mən normal baxıram. Mən öz xarici görünüşümdən çox razıyam. Mən fizioloji baxımdan “xırdayam”. Gecələr ikidən sonra buz dolabını açıb yemək yeyirəm, amma kökəlmirəm. Heç idmanla da məşğul olmuram. Çünki vaxtım yoxdur. Bütün günü qaça-qaçdayam”.
S.Əliyeva gələcək planlarından da danışıb, saytımız vasitəsilə yaradıcılıq anonslarını verdi:
“Yaxın zamanlarda bir filmin çəkilişlərinə start verilir. Həmin filmdən mənə də təklif gəlib. Amma adını açıqlaya bilmirəm. Mir Cəlal Paşayevin əsəri əsasında keçən il lentə alınmış “Nazik mətləb” ekran əsərinin premyerası gözlənilir. Hələ ki seriallarda iştirakımı davam etdirirəm”.
Söhbətimizin sonunda gözəl aktrisa Sevinc Əliyeva 2020-ci “siçan ili” üçün olan gözləntilərindən danışdı:
“2020-ci ildə “bağ belə gəldi, bostan belə getdi”, “mən partladacağam” deyə bilmərəm. Allahın işinə qarışa bilmərəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm