"Mən də boşanma krizi yaşamışam" - Elnarə Xəlilova
20:46 23.03.2021
Şou
1239
"Hər cütlük 4 ildən bir boşanma krizi yaşayır. Mən də yaşamışam. Necə deyim, yox? Ailədə söz-söhbət, hər şey olur. Biri od olanda, biri su olmalıdır. Amma mən də konfet deyiləm. Vay o günə üzüm dönsün".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Gün ortası" proqramında deyib. Sənətçi həyat yoldaşı Rövşən Cahangirovla münasibətlərindən danışıb.
Elnarə gündəmdə qalmaq üçün verilişlərdə qurulan ssenarilərdən söz açıb:
"Gündəmdən geri qalmağı sevmirəm. Çalışıram ayaqlaşım. Bəzən isə verilişdə oturub qeybət edir, ya da ağla, danış deyirlər. Xaricdə yaşasaydıq, bəlkə bunları edərdim. Amma Azərbaycanda edə bilmirəm. Yeni bir ailəyə girmişəm. Qayınana, qayınata, ailə var. Çalışıram elə danışım, addım atım ki, ailəmə, övladlarıma söz gəlməsin".
Elnarə pəhriz saxlamamısndan danışaraq "Beşgünlük dünyadır. Bəlkə burdan gedəndə öldüm. Niyə gözüm masadakında qalsın. İstəyirəmsə, az da olsa yeyəcəm" sözlərini söyləyib.
İfaçı bildirib ki, övladları çox dəcəldir:
"Qonşular da dəfələrlə üstümə gəliblər. Hətta bir dəfə balonu eyvandan atıblar, xoşbəxtlikdən kiməsə ziyan dəyməyib. Ən nadinç Tuğərdir".
E.Xəlilova "Sizin verilişə çağıranda gah Röya Ayxan, gah da Natavan Həbibidən sual verirlər. Danışırsınız" sualına "Nömrələri yoxdur. Olsa danışaram. Sual versinlər, normal danışmaq lazımdır. Qeybət yox. Bundan tamaşaçı da bezir" cavabını verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
15:13 21.10.2026
Dünya
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə