Milandakı “Vogue World” tədbirinə Cennifer Lopez damğasını vurdu

İtaliyanın Milan şəhərində keçirilən “Vogue World” tədbirinin ulduzu 57 yaşlı amerikalı pop ulduzu Cennifer Lopez olub.

Sherg.az xəbər verir ki, moda və incəsənət dünyasının məşhur simalarını bir araya gətirən tədbir Milan Moda Həftəsinin başlanğıcı ilə eyni vaxta təsadüf edib.

“Vogue” tərəfindən İtaliyanın ən qədim alış-veriş qalereyası olan Galleria Vittorio Emanuele II-də təşkil edilən gecə ulduzlarla dolu olub.

Cennifer Lopez qara libası ilə Hollivud dəbdəbəsini Milana daşıyıb. O, çiyinsiz korset üslublu libasını şəffaf əlcəklər və diqqətçəkən gümüş və zümrüd boyunbağı ilə tamamlayıb.

Lopezin görünüşü moda tənqidçilərinin də diqqətini çəkib.

Gecə saatlarında qaldığı lüks oteldən tədbir məkanına yollanan Lopezin yanında məşhur dizaynerlər Domeniko Dolçe və Stefano Qabbana da olub.

Mətbuat nümayəndələrinin böyük maraq göstərdiyi Cennifer Lopez gecənin diqqətçəkən simalarından birinə çevrilib. Tədbirdə digər məşhur sənətçilər də iştirak edib.