Ramal düz deyir, səsi olmayanlar oxumamalıdır
İsmayıl Qocayev
08:14 19.09.2019
Şou
759
"Mən peşəkar rəqqasəyəm. Bu sözümün da arxasında duracaq işlərim, layihələrim var"
Müğənni-bəstəkar Ramal İsrafilov "Üçəlli" verilişində qalmaqallı açıqlamalar verib.
O, əvvəlcə Amerikaya köçən Elariz Məmmədoğlunun oxumasını tənqid edib: "Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir".
Ramal daha sonra rəqqasə Fatimə Fətəliyevanın oxumağını qınayıb: "Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxır deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Hərə öz işi ilə məşğul olsun".
Rəqqasə Fatimə ilə əlaqə yaratdıq. Ramal İsrafilovun tənqidinə münasibətini dilə gətirən Fatimə Fətəliyeva «Şərq»ə bunları söylədi:
«Ramalın efirdə söylədiklərini mən də izlədim. Ramal məni tənqid etməyib, o, professional səhnədə oxuyan, amma səsi olmayanları tənqid etdi. Ramalın tənqidində həqiqətlər var.
Bəli, bu gün bizi təkcə Azərbaycanda izləmirlər ki. Dünyanın bir çox yerlərində bizi izləyənlər var, ona görə də musiqimizi peşəkar şəkildə təqdim etmək lazımdır. Mənə gəlincə, mən heç bir yerdə, heç bir müsahibəmdə, açıqlamalarımda müğənni olduğumu deməmişəm, bu, gülməli səslənər. Mən müğənni deyiləm. Efirdə, peşəkar səhnədə də oxumamışam, oxumaq da niyyətində deyiləm. Mən el şənliklərində, daha dəqiq xına mərasimlərində bəy-gəlin üçün oxuyuram.
Bu peşəkar səhnədə olmur ki, deyilən tənqidi öz ünvanıma qəbul edim. Mən xına mərasimlərində çıxış edirəm, bu bir biznesdir. Mən peşəkar rəqqasəyəm. Bu sözümün da arxasında duracaq işlərim, layihələrim var. Peşəkar rəqqasə kimi iddialıyam. Amma deyə bilmərəm ki, mən müğənniyəm. Bəli, bu gün elə müğənnilər var ki, oxuya bilmirlər, amma özlərini müğənni kimi təqdim edirlər.
Ramal isə mənim dostumdur, Allah ona can sağlığı versin. Verilişdən sonra onunla da əlaqə yaratdım. Yəni aramızda da elə bir inciklik yoxdu. Yeri gəlmişkən, Ramalın xına mərasimini də mən Fatimə idarə etmişəm. Əgər Ramal məni bəyənməsəydi, şəxsi toyunu, xınasını mənə həvalə etməzdi. Onun xına mərasimini mən aparmışam, oxumuşam da, oynamışam da. Yəni demək istəyirəm ki, o mənim xınayaxdı mərasimində çıxışlarımı bəyənməsəydi, şəxsən öz məclisinə də dəvət etməzdi. Qaldı tənqidinə, müğənnilərdən danışıb, düz də deyir».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm