Sevgilisi olduğunu gizlətdi: “O mənim qonşumdur”

Türk aktrisa Aslı Bekiroğlu Tolga Güleç və Öykü Cengizin toyunda sevgilisi ilə birlikdə görüntülənib.

OLAY yazır ki, jurnalistlər yanında olan şəxslə bağlı sual verəndə Bekiroğlu əvvəlcə panikaya düşərək mövzunu dəyişməyə çalışıb və “O mənim qonşumdur” deyib. Lakin israrlı suallar qarşısında bunu davam etdirə bilməyən aktrisa “Bir ildir birlikdəyik, amma sus, nəzər dəyər deyə qorxuram” sözləri ilə münasibətini etiraf edib.

Bekiroğlu sevgilisinin adını isə açıqlamayıb.