Xalq artisti: "Daha seriallara çəkilmək istəmirəm"
İsmayıl Qocayev
07:28 17.08.2019
Şou
1039
Son illər istər teatr səhnəsində, istərsə də seriallarda daha çox görünən Xalq artisti Ramiz Novruz «Şərq»ə maraqlı açıqlamalar verib. Bundan sonra Ramiz Novruz seriala çəkilməyəcəyini bəyan etdi.
- Hər vaxtınız xeyir, Ramiz müəllim. Yay mövsümü bitmək üzrədir. Dincələ bildinizmi?
- Bu yay dincəlməyə vaxt tapa bilməmişəm. Qohumlarımı xəstəxanaya aparmalı oldum. Bir az da başım yazı-pozuya qarışdı.
- Kitab yazırsız…
- Nə vaxtsa kitab hazırlamaq fikrim var. İndi hələ ki, fikirlərimi, düşüncələrimi kağıza köçürürəm. Həyatla bağlı düşüncələrdi. Bəzən yaşadığımız dünyada elə məqamlar olur ki, onlara laqeyd qala bilmirsən, özünün baş verən hadisələrə bir yanaşman yaranır. O yanaşmalarımı, həyatla bağlı düşüncələrimi qələmə alıram. Görək, qismət olsa, bir gün kitabım işıq üzü görəcək.
- Payız mövsümündə yeni seriallarda Ramiz müəllim rol alacaqmı?
- İlk dəfədir bu barədə danışıram. Bir müddət seriallara çəkilməyi özümə qadağa qoydum. Düşünürəm ki, serialların zamanı bitdi. Daha serialda çəkilmək istəmirəm. Hələ ki belə bir qərar vermişəm.
- O qadağanı qoymağa yəqin ki, səbəb olub. Nə sizi buna vadar etdi? Axı kanallarda olan bir çox seriallarda daha çox sizi görürdük…
- Tamaşaçı təpkisi məni bu qərarı verməyə məcbur etdi. Onların qınağını gördüm. Onlar Ramiz Novruzu seriallarda görmək istəmirlər daha.
- Axı niyə? Çoxmu «ucuz» seriallarda yer aldınız?
- Mən heç bir rejissorun işini kölgələmək niyyətində deyiləm. Sadəcə, tamaşaçı məni son vaxtlar çəkildiyim seriallarda görmək istəmədi. Bunu tamaşaçı reaksiyasından, təpkisindən hiss etdim. Daha doğrusu, tamaşaçı Ramiz Novruzu komik seriallarda görmədi. Son dönəmlər bir neçə komediya janrında olan seriallarda çəkildim, tamaşaçı mənə bu rolları yaraşdırmadı. Ona görə də bir neçə serialdan yarımçıq çıxdım, uzaqlaşdım. Mən də qərar verdim ki, bir müddət seriallara çəkilməyim. Serial dönəmi bitdi də. Deyək ki, «Pərvanələrin rəqsi», «Sonuncu fəsil», «Vicdan haqqı» serialları maraqla izlənirdi. Amma son vaxtlar çəkildiyim komediya seriallarında tamaşaçı təpkisi çox oldu.
- Bu mövsümə ciddi film təklifləri necə, gəlibmi?
- Yalan deyim ki, mənə təklif gəlib, mən razı olmamışam, bu doğru olmaz. Film təklifi almamışam. Birdəki bizdə il ərzində nə qədər film çəkilir ki? Bura Azərbaycandı, Hollivud deyil ki, təkliflər çox olsun, sən də seçim edəsən. Bu reallıqdı. İndi ildə bir film çəkilir, ya yox. Hələ ki film çəkilişinə dəvət etməyiblər. Olsa, təbii ki, bədii filmə çəkilmək istərdim. Hər halda zaman bizimlə rəqabət aparır. Mən bu illərimi oturmaqla keçirmək istəmərəm. Səhnədə, çəkiliş meydançasında olmaq istərdim ki, zamanı boşa xərcləmək bir sənətçi üçün doğru deyil. Nə qədər potensialım var, səhnədə, kamera qarşısında dayanmağa gücüm yetirsə, yaratmaq istəyirəm. İstəyirəm məndən sonra yaratdığım obrazlar qalsın, onlar mənim yerimə danışsın, söz desin. Məni yada salacaq filmlərin arzusundayam.
- Sizcə, bizdə niyə hələ də maraqlı, keyfiyyətli seriallar çəkə bilmirlər?
- Bilirsiz, Türkiyədə, Rusiyada seriallar o qədər keyfiyyətli, bahalı çəkilir ki, onlar «Milnaya opera»dan, yəni, «sabun köpüyü» məqamından çıxıb. Onlarda seriallara daha ciddi yanaşırlar və işi sənət səviyyəsində çəkirlər. Bizdə isə serial sektoru o qədər inkişaf etməyib. Bizdə serial «al-ver» sistemi ilə çəkilir. Türkiyədə, Rusiyada isə serial biznes sahəsi sayılır. Yəni onlarda seriallar, kino sektoru böyük biznes sektoruna çevrilə bilib. Türklər «Oskar»a namizəd ola biləcək filmlər, seriallar çəkməyə iddialı olublar, onu bacarırlar. Bizdə isə hələ ki bu sahə yetərincə inkişaf etməyib. Bu da daha çox maddiyyatla əlaqəlidir. Ən güclü, istedadı olan aktyoru belə filmə çəkəndə əgər, o film böyük vəsaitlər hesabına çəkilmirsə, texniki avadanlıqlar lazımi səviyyədə deyilsə, o talant görünməyəcək. Ona görə də kino, serial bazarına biznes sektoru kimi yanaşılmalıdır. Bizdə hələ sistem tam qurulmayıb. Xaricdə peşəkar rejissorlar film çəkirlər, serial sektorunda imza qoyurlar. Bizdə isə pul tapan, kamerası olan hər kəs rejissor olur. Ona görə də çəkilən ekran əsərlərinin 90 faizi Azərbaycan bazarından uzağa gedə bilmir. Hərdən heç bizim yerli bazarda belə o ekran əsərini alan olmur. Yəni loru dildə desək, çəkiləni yeyən olmur. Gələcəkdə yəqin ki, bu sahə də inkişaf edəcək. İnşallah, bizim filmlər də dünya kino bazarında yer ala biləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm