
“Ümid edək ki, tələblərə cavab verən partiyalara dövlət şərait yaradacaq”
10:58 04.07.2023
Gündəm
437
İndiyədək 30-a yaxın siyasi partiya özünü buraxıb
"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra fəaliyyətinə xitam verən partiyaların sayı artmaqdadır. Qanun qəbul olunan gündən indiyədək 30-a yaxın siyasi partiya özünü buraxıb. Qeyd edək ki, 1992-ci ildə qəbul edilmiş əvvəlki qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Ona görə də dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət 2023-cü il iyulun 10-da bitəcək. Partiyaların üzv sayı 4500-dən aşağı olacağı təqdirdə Nazirlik partiyaların ləğvi üçün məhkəməyə müraciət edə bilər. O səbəbdən yeni tələblə ayaqlaşmaqda çətinlik çəkən partiyalar siyasi səhnədən çəkilmək məcburiyyətində qalırlar.
AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında bildirib ki, 6 partiyanın da hakim Yeni Azərbaycan Partiyasına birləşməsini nəzərə alsaq, 61 partiyadan təxminən 28-i qalıb, digərləri isə öz fəaliyyətlərini dayandırıblar. Partiya rəhbəri vurğulayıb ki, kriteriyalara cavab vermədiyini düşünən təşkilat sədrlərinin fəaliyyətlərinə xitam verməsi öz qərarlarıdır:

"Deyə bilmərik ki, kim, niyə və hansı şərtlərlə fəaliyyətini dayandırıb. Onların seçiminə qarışmağımız etik olmaz. Ancaq qanunun sadəcə bir maddəsi, yəni 5 min üzv tələbi bu qədər partiyanı sıradan çıxara bilirsə, adi bir şərt ödənilə bilmirsə, deməli, Azərbaycanda siyasi partiya sistemi sahəsində kifayət qədər boşluq var imiş. Çoxsaylı partiyaların belə acınacaqlı duruma düşməsi göstərir ki, Azərbaycanda siyasi partiyalara yaradılan şərait, verilən imkanlar yetərli olmayıb. Fikrimcə, siyasi səhnənin bu cür kasad olması dövlətin təhlükəsizliyinə də ziyandır. Ümid edək ki, ən azından qanunun tələblərinə cavab verərək ayaqda qalmağı bacaran partiyalara dövlət lazımi şəraiti yaradacaq. Bu, normal partiya kimi fəaliyyət göstərmək və ən əsası güclənmək baxımından çox önəmlidir".
T.Abbaslı vurğulayıb ki, inkişaf etmiş heç bir dövlətdə partiyalar sıxışdırılmayıb: "Hansı ölkə güclüdürsə, orada güclü partiyalar var. Partiyaların gücü həm də dövlətin gücünün göstəricisidir. Ona görə də regionlardan tutmuş mərkəzə qədər partiyalara qoyulan məhdudiyyətləri aradan qaldırmaq lazımdır. Büdcədən maliyyələşməni də normal səviyyəyə çatdırmalıyıq. Partiyanın təşkilatlanması, digər texniki məsələlər maddi durumdan asılıdır. Təbii ki, burada siyasi səhnənin "təmizlənməsindən" də söhbət gedir. Zamanında siyasi şəraitin yetişdirdiyi və müxtəlif səbəblərdən qeydiyata alınmış çoxlu partiyalar meydana çıxmışdı. Daha doğrusu, adı olub, özü olmayan siyasi təşkilatlar yaranmışdı. Belə partiyaların qalması da əhəmiyyətsiz idi. Proses hələ davam edir və bunun necə nəticələnəcəyini indidən söyləmək çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm