AVCİYA-nın yeni nəşri işıq üzü görəcək
Turan
09:41 16.04.2020
Tarix
1408
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az kitabı” seriyasından növbəti nəşri faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilib.
“Sherg.az” xəbər verir ki, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə çapa hazırlanan “Böyük Qələbə - 75” elmi məqalələr toplusunda tanınmış Azərbaycan tarixçilərinin və gənc tədqiqatçıların əsərləri yer alacaq.
Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı və xalqımızın faşizm üzərində qazanılmış qələbəyə verdiyi töhfələr tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlının, tarix üzrə fəlsəfə doktorları Mayıl Alıcanovun, İlqar Niftəliyevin, Rövşən Hətəmovun, Nigar Axundovanın, Günay Hüseynin, gənc tədqiqatçılardan Şəfa Mövsümovun, Ruslan Ağamalıyevin, Sahibə Musayevanın və başqalarının məqalələrində araşdırılır.
Qeyd edək ki, 15 il bundan öncə, 2005-ci ildə də məhz AVCİYA-nın təşəbbüsü ilə Böyük Vətən müharibəsində qələbənin 60 illiyi ilə bağlı “Bakı-qəhrəman şəhərdir” adlı geniş kampaniya keçirilib. Kampaniya çərçivəsində keçmiş sovet respublikalarının II Dünya müharibəsi veteranları komitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan paytaxtında beynəlxalq forum təşkil olunub. Beynəlxalq forumda yüzdən çox Sovet İttifaqı Qəhrəmanı iştirak edib. Tədbirin qonaqları sırasında əfsanəvi dövlət xadimi, SSRİ-nin neft və qaz sənayesinin banilərindən olan həmyerlimiz Nikolay Baybakov da vardı. Beynəlxalq forumun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi