Azərbaycanda yol tikintisi 20 əsrlik abidələri üzə çıxardı
05:21 12.08.2020
Tarix
1272
Prezident İlham Əliyevin 31 iyul 2020-ci il tarixli sərəncamına əsasən, İsmayıllı rayonu ərazisində avtomobil yolunun tikintisinə başlanılıb.
Baku TV xəbər verir ki, yolun Kürdüvan kəndindən hissəsində görülən işlər zamanı böyük daş parçaları ağır texinkanın hərəkətinə mane olub.
Ortaya çıxan tikili isə hər kəsin marağına səbəb olub. Kərpic tikililər və hörgülər tapılan tarixi abidənin əsasını təşkil edir.
Kənd sakini Əlikram İsmayılov Rayon İcra Hakimiyyətinin başçısı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələrinə məlumat verib. Aidiyyəti qurum üzvləri əraziyə və tarixi tapıntılara baxış keçirib.
Əraziyə ilkin baxış zamanı antik dövrə aid xeyli sayda dulusçuluq qabları və bəzək əşyaları tapılıb. Aşkarlanan maddi mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazıların olduğu bildirilib.
Bundan əlavə, eramızın I-III əsrlərinə aid dolça, su qabları, boşqablar və bir neçə lampa, xeyli sayda bəzək nümunələri aşkarlanıb. Eyni zamanda, ərazidən Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb.
Rayon İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib, tarixi tapıntılarla yeridəcə tanış olub.
Kürdüvanın da daxil olduğu Basqal inzibati ərazi dairəsində yeddi məscidin olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, onlardan biri əvvəllər məhz bu ərazidə yerləşib.
Artıq nadir tapıntıların aşkarlandığı yerdə tikinti işləri dayandırılıb, oraya aparan yollar xüsusi lentlə bağlanıb. Polis əməkdaşları tərəfindən ərazinin mühafizəsi təmin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi