Başlıbel qətliamı:12 nəfərin meyitlərinin qalıqları aşkarlanıb - Cinayətlər arxivləşsin!
Banuçiçək Kalbalıyeva
13:41 27.04.2021
Tarix
974
Nəsiman Yaqublu:“1967-ci ildə ortada sübut-dəlil olmadığı halda iki nəfər azərbaycanlını məhkəmə prosesindən çıxarıb yandırdılar”
“Odur ki, ermənilərin Başlıbel kəndində də cinayətlər törətdiyinə inanıram”
“İşə beynəlxalq mütəxəssislər, hüquqşünaslar cəlb edilməlidir. Təəssüf ki, biz bu məsələdə gecikirik”
“Ən gənci 12 yaş. Ən yaşlısı 95 yaş. Nə uşaq tanıdılar, nə də qoca. 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində sığındıqları evdə qətlə yetirilən 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbut xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli yazıb.
Deməli, dünya ictimaiyyəti, o cümlədən ABŞ, belə demək mümkünsə, gözündəki eynəyin ləkələrini təmizləməli və planetdə baş verənləri olduğu kimi- şəffaf görməlidir.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu da belə düşünür. Onun fikrincə, biz informasiya təxribatlarına qarşı əks-arqumentlərlə cavab verməliyik:
“Birinci Qarabağ müharibəsindəki hadisələr kifayət qədər araşdırılmayıb. Həmin qətliamlar yalnız Xocalı faciəsi ilə bitmir. Digər bölgələrdə də analoji hadisələr baş verib. İnsanlar diri-diri yandırılıb. Əslində bu cinayətlər savaşdan çox əvvəl başlayıb. Məsələn, 1967-ci ildə ortada sübut-dəlil olmadığı halda iki nəfər azərbaycanlını məhkəmə prosesindən çıxarıb yandırdılar. Odur ki, ermənilərin Başlıbel kəndində də cinayətlər törətdiyinə inanıram. Çünki həmin toplum elə bunun üçün yaranıb”.
N.Yaqublu, həmçinin bildirdi ki, baş verənlər cinayətlər arxivləşdirilməlidir:
“Həmin olaylar mütləq sənədləşməli, yaşayan şahidlərin ifadələri alınmalıdır. Məsələn, 1918-1920-ci illərdə fövqəladə istintaq komissiyası yaradılmış və 5 mindən çox şahidin ifadəsi alınmışdı. Həmin ifadələr sonradan hüquqi sənədə çevrildi. Biz yenə elə etməliyik. Tarixi həqiqətlər məişət səviyyəsindəki dialoqlardan çıxmalı, beynəlxalq hüquqi sənəd statusu almalıır. İşə beynəlxalq mütəxəssislər, hüquqşünaslar cəlb edilməlidir. Təəssüf ki, biz bu məsələdə gecikirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya