"Cümhuriyyət qurucularının Bakıda yaşadığı evlər muzey halına salınmalıdır" - Tarixçi-alim
Turan
13:30 17.12.2019
Tarix
1661
Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı bir qrup ziyalı tərəfindən təşəbbüs irəli sürülüb. Bu barədə tarixçi-alim Solmaz Rüstəmova-Tohidi Feysbuk profilində məlumat yayıb. Tarixçi bildirib ki, artıq Rəsulzadəni Vətənə qaytarmağın vaxtıdır:
“Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı, İstiqlal məfkurəsinin və “Azərbaycançılıq” ideologiyasının yaradıcısı, görkəmli ictimai, siyasi və dövlət xadimi, ədib, publisist, jurnalist Məhəmməd Əmin Rəsulzadənin indiyədək ev muzeyinin belə olmadığını necə izah edək? Təşəbbüs qrupu olaraq, “Borcumuzu qaytaraq!” çağırışı ilə Cəmiyyətimizə müraciət edir və aşağıdakıları diqqətə çatdırırıq:
“Məhəmməd Əmin Rəsulzadə doğulduğu və uşaqlıq illərini keçirdiyi Novxanı kəndindən yeniyetmə vaxtı çıxıb. Vətəndəki bütün sonrakı həyatını – həbsinə və mühacirətinə qədər – Bakıda yaşayıb. Jurnalist, siyasi xadim, dövlət adamı kimi “Azərbaycan” qəzeti redaksiyasına, “Müsavat” partiyasının qərargahına, Azərbaycan Parlamentinə indiki “Nizami küçəsi 59” ünvanlı mənzilindən gedib-gəlib. 1920-ci ilin məş’um payızında Bakını həmişəlik tərk edərkən də ailəsi ilə sonuncu dəfə həmin ünvanda vidalaşıb. Bu ünvandakı bina-mənzildə “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi”ni yaratmaqla, biz yalnız Məhəmməd Əmin bəyin deyil, Azərbaycan dövlətçiliyi yolunda qurban verdiyi doğmalarının faciəli taleyi qarşısında da borcumuzu qismən ödəmiş olacağıq”.
Alimin təşəbbüsü bir çox ziyalı, tarixçi və ictimaiyyət nümayəndələri tərəfindən də dəstəklənib.
Yerində olan təşəbbüslə bağlı fikirlərini “Sherg.az”a bölüşən tarixçi-alim Boran Əzizli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi olduqca müqəddəs və vacib məsələdir. Tarixçi təəssüflə qeyd edib ki, qurucu babalarımızdan heç birinin Azərbaycanda məzarı yoxdur:
“Könül istərdi ki, Cümhuriyyətin 100 illiyi dövründə qurucuların qəbirləri xarici ölkələrdən Vətənə gətirilərdi və adlarına layiq formada dəfn edilərdi. Eyni zamanda gözəl bir abidə kompleksi yaradılardı. Əfsuslar olsun ki, bu gözləntilərimiz özünü doğrultmadı. Ona görə də heç olmasa Əlimərdan bəy Topçubaşinin, Fətəli xan Xoyskinin, Məhəmməd Əmin Rəsulzadənin bir zamanlar Bakıda yaşadığı və onlara məxsus olan evlər Muzey halına salınması müsbət addım olardı. Quruculara adi əşyaların, kitabların, fotoların həmin muzeydə sərgilənməsi müstəqil Azərbaycana şərəf gətirər. Gənc nəsil milli-vətənpərvər ruhunda tərbiyə olunarkən paralel olaraq görkəmli şəxsiyyətlərin ev Muzeylərinə aparılması böyük əhəmiyyət kəsb edər. Bu baxımdan bu təşəbbüsü alqışlayır və həyata keçirilməsini arzulayırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Papa dünyaya kritik mesaj verdi
21:38 31.05.2026
Dünya
Qazaxda qədim ənənə davam etdirilir: möhtəşəm 20 illik...- FOTO
20:57 31.05.2026
Cəmiyyət
Tramp İranla razılaşma üçün şərtləri sərtləşdirib
20:29 31.05.2026
Dünya
Erməni nazir: Qardaşım Şuşada öldürüldü, Ohanyan harda idi..?
20:03 31.05.2026
Gündəm
Trampın varis planı: Vens önə çıxır, amma şübhələr qalır
19:31 31.05.2026
Gündəm
Qriqoryan: Ermənistan Aİİ-dən çıxmağa tələsmir
18:37 31.05.2026
Gündəm
Bu ölkələrdə Ebolaya yoluxanlaın sayı 43-ə çatdı
18:03 31.05.2026
Dünya
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
17:57 31.05.2026
Dünya
Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq - Overçuk
17:44 31.05.2026
Gündəm
”Makedon” dünyasını dəyişdi
16:52 31.05.2026
Mədəniyyət
İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarını məhv etdi
16:22 31.05.2026
Dünya
Overçuk: Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq
15:57 31.05.2026
Gündəm
Xocavənd və Zəngilanda əmək haqları gecikir, işçilər yolu bağladı
15:49 31.05.2026
Gündəm
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
15:26 31.05.2026
Sağlamlıq