Deputat: “Heydər Əliyev xalqı faciələrdən xilas edən lider olub”
Turan
09:27 12.12.2020
Tarix
898
"Müasir müstəqil Azərbaycan dövlətinin hazırki inkişaf mərhələsinə çatmasında şəxsiyyət-lider amili mühüm yer tutur".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olub:
"Onun keçdiyi həyat yolu – Azərbaycanın inkişaf yoludur. O, ağır zamanlarda xalq üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir lider olub. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Azərbaycan məhz ulu öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edib. Ümummilli lider ölkəmizin tarixində böyük bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını yaradan, gələcək inkişafı müəyyənləşdirən inkişaf strategiyasının müəllifidir. Müasir müstəqil Azərbaycan əbəs yerə ulu öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilmir. Dahi şəxsiyyətin yüksək mədəniyyəti, dərin biliyi, iti zəkası və ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı. Bu əsasda Azərbaycan xalqının dahi oğlu nəinki xalqımız, bütövlükdə türk dünyası üçün əvəzsiz bir fenomendir".
Parlament üzvü vurğulayıb ki, Heydər Əliyevin ölkəmizin ən yeni tarixində, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində yeri və roluna nəzər salarkən Onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərə xüsusi diqqət yetirmək lazımdır:
"Əvvəla qeyd etmək lazımdır ki, hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Eyni zamanda, müstəqillik dövründə ulu öndərin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində müasir və qüdrətli Azərbaycan inşa edildi.
1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, tərəqqi yoluna qədəm qoyuldu. Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Ümummilli Liderin dühası, çox böyük nüfuzu sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı.
Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.
Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı.
Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşdı. Bir sözlə, Azərbaycan inkişaf yoluna çıxdı. 1993-cü ildən başlanan inkişaf yolunun uğurları fonunda bu ümumiləşdirməni aparıb deyə bilərik ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında Qurucu və Xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb və qalacaq.
17 ildir ki, ulu öndər cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi