Əhməd Cavadın nəvəsi Ərdoğana təşəkkür etdi
Banuçiçək Kalbalıyeva
19:38 10.12.2020
Tarix
877
Azərbaycanın Milli istiqlal şairi Əhməd Cavadın nəvəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Əhməd Cavad ailəsinin təşəkkürünü bildirib.
Anar Axundzadə babasının Türk dünyasının birləşdirici simvollarından birinə çevrilməsi ilə qürur duyduğunu qeyd edib:
“Türkiyə Cumhuriyyətinin Prezidenti, Sayın Rəcəb Tayyib Ərdoğana Zəfər Paradında Türkiyədə türk dünyasının bayraq şairi və türk tarixinin böyük şəhidi kimi ün qazanmış babam Əhməd Cavadın əziz xatirəsəni yad etdiyi üçün böyük məmnuniyyət hissi ilə Əhməd Cavad ailəsinin dərin şükranlarını göndərirəm.
İnanıram ki, bu gün ömrünü Vətəni Azərbaycana və ümumən türk dünyasına həsr etmiş, gözünü qırpmadan canını xalqının azadlığı və müstəqilliyi uğrunda fəda etdiyi Vətəninin düşmən tapdığından azad olunduğu üçün babamın ruhu şad olmuşdur. Həm də ona görə ki, Zəfər sevincimizi bu gün bizimlə bərabər babamın xususi qəlbi duyğularla qəhramanlıqlarına bir nəçə şeir ithaf etdiyi qardaşlarımız - türk əsgərləri bölüşürdü.
Bizə Üçrəngli Bayrağımızın kölgəsində yaşamaq şərəfini bəxş edən, millətimiz, torpaqlarımız və müstəqilliyimiz uğrunda şəhidllik zirvəsinə yüksəlmiş cümlə soydaşlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirəm.
Bildiyiniz kimi, Əhməd Cavad Azərbaycan himninin sözlərinin və bir sıra ölməz əsərlərin müəllifi olmaqla yanaşı, Türkiyədə türk dünyasının himni kimi qəbul edilən “Çırpınırdın, Qara dəniz!” şeirinin də yazarıdır.
Yeri gəlmişkən qeyd edim ki, Vətən müharibəsi dövründə Türkiyənin Milli Müdafiə və Daxili İşlər nazirlikləri, bir sıra dövlət qurumları və qeyri-hökümət təşkilatları, dövlət, siyasi və ictimai xadimlər, TRT, TRT AVAZ qurumları cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan Əhməd Cavadın şeirlərini, onun əsərlərinə bəstələri mütamadi olaraq paylaşırdılar.
Onu da deyim ki, elə bu gün, parad bitən kimi Türkiyənin TRT kanalı babam haqqında istehsal etdiyi “Əhməd Cavad: Bir millətin ruhu” bədii-sənədli filmi və Xalq artisti, dəyərli bəstakarımız Aygün xanım Səmədzadənin bəstəsi və Xalq artisti dəyərli müğənnimiz Mələkxanım Eyyubovanın ifasında babamın 1919-cu ildə yazdığı “Bən bulmuşam” əsərinə bu günə xususi olraraq hazırladığı video çarxı yayımladı.
Bu minvalla, Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Böyük Mücahid Əhməd Cavadın xatirəsini daim yad edən, onun adını uca tutan qardaşlar Azərbaycan və Türkiyə dövlətləri və onların sayğıdəyər liderləri başda olmaqla soydaşlarımıza, millətimizin hər bir fərdinə ailəmizin dərin minnətdarlığını bidirirəm.
Bir daha sağ olsunlar, var olsunlar, əziz olsunlar! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Əbədi və Sarsılmaz olsun qardaşlığımız!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi