Ekspertdən iddia: “Təhsil kreditləri faizsiz olmalıdır”
10:05 22.01.2021
Tarix
1259
“Vəsaitin ayrılması Azərbaycanda ali təhsilli insanların sayına təsir göstərəcək”
“Çünki insanlar artıq təhsil haqqı ödəyə bilmədikləri üçün universitetdən imtina etməyəcəklər”
“Dövlət bu məsələnin faizsiz kredit formasında verməlidir ki, həmin şəxslər işləyəndən sonra krediti geri qaytarsınlar”
Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı açıqlanıb.
Belə ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib ki, bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi ilə bağlı plan var”. Nazirin sözlərinə görə, müəyyən sayda tələbənin təhsil kreditini ödəməsi ilə bağlı problemi yaranır:
“Bunu ali təhsil müəssisələri ilə müəyyən uzlaşmalarla, fərdi qaydada baxmaqla həll etmək vacibdir. Digər tərəfdən bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi planlarımız var. Dövlət büdcəsində bununla bağlı 80 milyon manat nəzərdə tutulur”.
Nazir əlavə edib ki, ölkədə təhsil haqqı vergi güzəştləri əsasında xeyli aşağıdır:
“Bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla illik 2500 manatdır. Bəzi regional müəssisələrdə bu məbləğ daha aşağıdır”.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Sherg.az”a söyləyib ki, təhsilin inkişafı ilə bağlı dövlət staregiyasında Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulmuşdu. Lakin 8 ilə yaxındır ki, bu Fond yaradılmadı:
“Azərbaycanda bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Nəzərə alsaq ki, ölkəmizdə 52 universitetdə 182 min tələbə təhsil alır. Onlardan 67 min tələbə dövlət sifarişli əsaslarla, 120 minə yaxın tələbə isə ödənişli əsaslarla təhsilini davam etdirir.
Tələbələrin böyük əksəriyyəti təhsil haqqını ödəməkdə çətinlik çəkir. Dövlət üçün ixtisaslı kadrlar vacibdir.
Düşünürəm ki, maddi imkanları olmadığı üçün təhsil haqqını ödəyə bilməyənlərə güzəştlər edilməlidir. Bu da tələbələrə güzəştli kredit verilməsi hesabına ödənə bilər.
Azərbaycanda bu təcrübə var idi, amma çox tətbiq edilmədi. Təhsil haqqını ödəyə bilməyənlər ödənişləri kredit formasında universitetlərə ödəyirdi. Lakin bu mexanizm bizdə işləmədi. İndi isə vəsaitin ayrılması Azərbaycanda ali təhsilli insanların sayına təsir göstərəcək.
Çünki insanlar artıq təhsil haqqı ödəyə bilmədikləri üçün universitetdən imtina etməyəcəklər.
K.Əsədov, həmçinin son 5 ildə 7 mindən çox şəxsin ödənişə görə təhsilini yarımçıq qoyduğunu diqqətə çatdırıb:
"Məsələyə bu aspektən yanaşmaq lazımdır ki, təhsil haqqını ödəyə bilmirlərsə, təhsili yarımçıq qoymamalıdırlar. Dövlət bu məsələnin faizsiz kredit formasında verməlidir ki, həmin şəxslər işləyəndən sonra krediti geri qaytarsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya