Ekspertizanın cavabı çıxmayıb: Sümüklərin Mikayıl Müşfiqə aid olduğu təsdiqlənəcəksə… - AKTUAL
Məlahət Rzayeva
12:41 14.12.2019
Tarix
1051
Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərin ekspertizası hələ yekunlaşmayıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bir müddət öncə bildirmişdi ki, aşkarlanan sümüklərin Mikayıl Müşfiqə aid olub-olmadığının müəyyənləşməsi üçün lazımi müayinələr həyata keçirilir. M.Müşfiqin qohumlarından götürülmüş qan nümunələrinin DNK analizi də müayinələrə daxildir.
İşlərin yekunlaşmasının yubanmasına gəlincə, Ə.Həsənov bunun səbəbini M.Müşfiqə aid olduğu iddia edilən sümük parçaları ilə yanaşı daha bir neçə sümüklərin ekspertizaya təqdim olunması ilə əlaqələndirmişdi:
- Bizə bir sümük təqdim olunmuşdu. Bir sümüyün yekunlaşması bir, ya da iki həftəyə başa gəlir. Lakin birdən proses dəyişdi. Bizə başqa materiallar da təqdim olundu. Sümüklərin ardı gəlməyə başladı. Hətta, növbədə bir partiya sümük də gəlməsi gözlənilir. Bu, qlobal məsələdir.
Burada bir nəfərdən söhbət getmir artıq. Çünki aşkarlanan ərazidə təkcə Mikayıl Müşfiqə aid edilən sümüklər deyil, repressiyaya məruz qalmış digər şəxslərin də sümük qalıqlarının olduğu iddia edilir. Ona görə də ekspertizanın miqyası böyüyüb. Eyni zamanda, qohumlar gəlib qan verirlər və biz də bunu yoxlayırıq.
Birliyin direktoru işlərin uzanması ilə bağlı xaricdən mütəxəssis gətirilməsinə ehtiyac qalmadığını bildirib.
“Heç bir xarici mütəxəssisə ehtiyac yoxdur. Çünki bu, genetik ekspertizadır. Genetik ekspertizanı həyata keçirən aparatların hamısı özümüzdə var”.
Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə “NKVD qəbiristanlığı” olub.
Tarixçi-alim Dilavər Əzimli “Şərq”ə açıqlamasında bildirdi ki, tibbi ekspertizanın başa çatması və sümük qalıqlarının Mikayıl Müşfiqə, yaxud repressiya olunmuş hansısa digər şəxsə aid olduğunun aşkarlanması yalnız mənəvi baxımdan əhəmiyyət daşıyır:
- Sümüklərin Mikayıl Müşfiqə aid olduğu təsdiqlənəcəksə, bu, əlbəttə ki, qohumlar üçün və bütövlükdə Azərbaycan xalqı üçün mənəvi bir yüngüllük, mənəvi rahatlıq olacaq. Sümüklər islam qaydalarına uyğun dəfn ediləcək. Bu da hamımıza bir təskinlik olacaq. Eləcə də 1937-ci ildə Stalin repressiyalarının qurbanı olmuş soydaşlarımızdan, ziyalılar, dahi şəxsiyyətlərimizdən hansınınsa sümük qalıqları müəyyənləşəcəksə, eyni ilə bu da həm onların qohum-əqrəbası, həyatda qalan, hazırda yaşayan doğmaları üçün ən böyük mənəvi rahatlıq və təskinlik olacaq. Ona görə də hamımız ekspertizanın cavabını səbirsizliklə gözləyirik.
D.Əzimli prosesin silsilə xarakter ala biləcəyini istisna etmədi:
- Məlumdur ki, o zaman xeyli insan güllələnib. “NKVD”-nin qəbiristanlığının harada olması “NKVD” materiallarında əksini tapıb. Bunu müəyyənləşdirmək üçün arxiv sənədlərinə baxmaq yetərlidir. Müxtəlif sözlər danışılır, guya, Mikayıl Müşfiq həbsdə olanda Mircəfər Bağırov ora gedib, işgəncələr onun iştirakı ilə verilib və sair. Bunlar gərək təsdiqini tapsın. Amma hələ ki, söz-söhbət çərçivəsindədi. Mircəfər Bağırov repressiyaların önünü ala bilmədi. Həqiqət budur ki, Mikayıl Müşfiq güllələnib. O zaman kim güllələnirdisə, onun haqqında “güllələndi” məlumatı verilirdi, kim ki sürgün edilirdi, onun haqqında sürgün olundu məlumatı verilirdi və qohumları, ailəsi xəbərdar edilirdi. Hesab edirəm ki, sümüklərin aşkarlandığı ərazidə - bir vaxtlar “NKVD”nin qəbiristanlığı olduğu deyilən yerdə repressiya qurbanlarının xatirəsinə ümumi abidə ucaldılmalıdır. Repressiyaya məruz qalanların, güllələnənlərin siyahısı da orda əks olunmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Papa dünyaya kritik mesaj verdi
21:38 31.05.2026
Dünya
Qazaxda qədim ənənə davam etdirilir: möhtəşəm 20 illik...- FOTO
20:57 31.05.2026
Cəmiyyət
Tramp İranla razılaşma üçün şərtləri sərtləşdirib
20:29 31.05.2026
Dünya
Erməni nazir: Qardaşım Şuşada öldürüldü, Ohanyan harda idi..?
20:03 31.05.2026
Gündəm
Trampın varis planı: Vens önə çıxır, amma şübhələr qalır
19:31 31.05.2026
Gündəm
Qriqoryan: Ermənistan Aİİ-dən çıxmağa tələsmir
18:37 31.05.2026
Gündəm
Bu ölkələrdə Ebolaya yoluxanlaın sayı 43-ə çatdı
18:03 31.05.2026
Dünya
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
17:57 31.05.2026
Dünya
Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq - Overçuk
17:44 31.05.2026
Gündəm
”Makedon” dünyasını dəyişdi
16:52 31.05.2026
Mədəniyyət
İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarını məhv etdi
16:22 31.05.2026
Dünya
Overçuk: Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq
15:57 31.05.2026
Gündəm
Xocavənd və Zəngilanda əmək haqları gecikir, işçilər yolu bağladı
15:49 31.05.2026
Gündəm
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
15:26 31.05.2026
Sağlamlıq