Elçibəyə zəng gəlir, müsahibə dayandırılır: Bəyi arayan kim idi? - Pənah Hüseyn deyir ki...
Yusif Sultanoğlu
14:47 30.03.2021
Tarix
1535
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy 1992-ci ilin sentyabrına “Həyat” dərgisinə müsahibəsi zamanı maraqlı bir hadisə baş verib. Söhbət əsnasında Elçibəyə zəng gəlir və müsahibəyə fasilə verilir. Bu zaman jurnalistin o zamanki dövlət katibi Pənah Hüseynovla söhbəti başlayır.
“Sherg.az” həmin hissəni təqdim edir:
“Prezident hələlik danışarkən Barselonadan qızıl olimpiya medalları ilə qayıdan iki bakılını cüdoçu Nazim Hüseynovu və gimnast Valeri Belenkini yarım saat öncə qəbul etmişdi. İndi isə söhbətimizə qoşulmuş respublikanın dövlət katibi Pənah Hüseyn məni məsələdən agah edib deyir: “Cəbhədən xəbər verirlər. Bu gün daha bir Azərbaycan kəndi azad edilib”.
Pənah Hüseynov Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından və rəhbərlərindən biri olub. Buna görə də Elçibəylə onları çox amil birləşdirir.
-Desəm inanmasınız, 1986-cı ildə Əbülfəz bəylə görüşənədək ən qatı materalist-marksistlərdən biri idim. 1975-ci ildə universitetin tarix fakültəsinə daxil olmazdan əvvəl, bilirsinizmi, nə etmişdim? Hökumətə məktub yazıb xahiş etdim ki, kommunizim uğrunda vuruşmaq üçün məni Vyetnama göndərsin... Sonralar, yəni tələbə olduqda isə uşaqlardan Əbülfəz bəy barəsində, onun təqib edilib gözümçıxdıya salınması haqqında çox eşidirdim. Amma Bəyin azad Azərbaycan ideyasına rəğbətlə yanaşırdım. Yalnız onunla görüşdükdən sonra başa düşdüm ki, necə də dərindən yanılırammış. Yeri gəlmişkən deyim ki, Elçibəylə görüşdən sonra çoxları həyata baxışlarını dəyişirdi.
-Eh, cavanlıqda kim yanılmır ki,-deyə prezident telefonla söhbətini bitirib gülür və ilk dəfə gördüm ki, gülümsəmək ona necə də yaraşır. Bizim söhbətimiz də sona yetir. Yarım saat vaxt ayrılmasına baxmayaraq bütöv bir saat danışdıq və hələ çox da danışardıq, amma... Prezidentin ciddi iş cədvəli var, bu gün isə çox görüş təyin edilib”.
“Həyat” № 186 (440)
22 sentyabr 1992-ci il
Mənbə: “Elçibəy belə deyirdi” kitabı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə
Kim Çen In qızı ilə birlikdə yeni hərbi texnikanı sınaqdan keçirib
10:33 20.03.2026
Dünya
Rusiya Zaporojyeni atəşə tutdu: ölənlər var
10:25 20.03.2026
Dünya