Elçibəyi kimlər tək qoyub? – Özü danışıb: “Belə deyib, meydandan çəkilirdilər”
Yusif Sultanoğlu
12:32 27.03.2021
Tarix
1237
"Yaxın dostlarınızdan başqa kimsə evinizin olmadığını bilmir. Qardaşınızın mənzilində yaşayırsınız. Bəs evinizin olmasını istəmirsiz? Uşaqlarınızın, xanımınızın buna münasibəti necədir? Yeri gəlmişkən gec evlənməyinizin səbəbi nədir? Yadıma gəlir, deyəsən heç ailə qurmaq istəmirdiniz...
-Düzdür, evin olmaması çox pisdir. Quşun da yuvası var. Amma o yerdə ki, millətin hamısı kölədir, hamısı faciənin içərisində yaşayır və məmləkət dağılır, orada evin olub-olmaması önəmli deyil.
Adama bir balaca koma lazım olur ki, qar-yağış başına döyməsin, soyuq səni öldürməsin. Vəssalam. Bununla adam qənaətlənə bilər. Bu, bəlkə də, sufilikdəndir.
O da milli faciə deyil. Qardaşımın evində yaşayıram. Burada ayrıca otağım var, yazıram, oxuyuram. Vəziyyəti məndən yüz dəfə pis olan insanlar var, hansı ki, beş,on balası ilə rütubətin, xəstəliyin içərisində, zirzəmilərdə çürüyürlər. Xaricdən gələndə kağız gətirmişdim ki, növbəsiz ev versinlər.
Bakı Sovetinə getdim. Adını deməyəcəm, o adam indi rəhmətə gedib. Növbəyə duranda yaşlı bir qadın ora gəldi. O adam qadına dedi ki, səni dinləmək də istəmirəm. Həmin xanım qayıtdı ki, qoy, ürəyimi boşaldım, ağlayım gedim. Dedi, dörd nəvəm var, oğlum dünyasını dəyişib:"Uşaqlar xəstəlikdən ölürlər. Bir quru otaq verin, onları suyun içərisindən çıxardım".
Qadın danışdı, ağladı getdi. Sonra məndən soruşdu ki, siz nə istəyirsiz? Dedim, sənin kimi adamdan heç nə istəmirəm. Bu cür insana ev vermirsizsə, sizdən nə alsam xeyir görmərəm. Bir-iki də ayrı söz dedim, çıxdım. Yəni bir var yaşamağa evin ola, amma onlar zirzəmilərdə çürüyüb, məhv olurlar. Ölümün içərisindədirlər.
Onları xilas etmək lazımdır. Taleləri bizimkindən yüz dəfə ağırdır. Gec evlənməyimin səbəbi budur ki, yoldaşlarla şərtləşmişdik ki, tutulacağıq. Sonra məsələnin kökü dəyişdi.
Bəzi adamlar meydandan qaçmaq üçün özlərinə bəraət qazandırdılar. Deyirdilər ki, Əbülfəsə nə var, subaydır, ailəsi, uşağı yoxdur. Onun üçün asandır, axı sənin ailən var.
Belə deyib, meydandan çəkilirdilər. Ona görə fikirləşdik ki, biz də ailə qurmalıyıq. Bu yolu gediriksə, ailə də, uşaq da qurban olsun. Bunu tək biz eləməmişik.
Bizdən qabaq yüzləri edib. Məhəmməd Əmin Rəsulzadənin yanında biz kimik? Yəni bu yol millətimizin böyüklərinin şəxsində keçilib. Ailəsi də, evi də dağılıb, şikəst olub. Onlara Hüseyn Cavidi, Mikayıl Müşfiqi də misal göstərə bilərik. Bu yolda xalqımız addımlayıb. Biz də əsgər kimi keçirdik. Ona görə belə oldu".
1992-ci il.
Mənbə: "Elçibəy belə deyirdi" kitabı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya